Yuxarı

Erməni ekspert: "Seçkilər Ermənistan üçün intihardır”

Erməni ekspert:

Erməni ekspert:

Ermənistanın Baş naziri Nikol Paşinyan siyasi qüvvələrə 2021-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı məsləhətləşmələrdə iştirak etmək təklif edib.

Baş nazir yalnız xalqın qərarı ilə istefa verməyə hazır olduğunu bildirib. Bu baxımdan, Paşinyan parlamentdə təmsil olunan və olunmyan bütün siyasi qüvvələri məsləhətləşmələrə dəvət edib. Eyni zamanda o, gələcəkdə xalq etimad göstərərsə, bu çətin dövrdə də Ermənistanda liderliyini davam etdirməyə hazır olduğunu deyib.

Paşinyanın bu açıqlaması onun rəhbərlik etdiyi "Mənim addımım” bloku ilə yenidən seçkilərə qatılmaq niyyətindən xəbər verir. Lakin müxalifət hökumət başçısının təklifini qəbul etməyib. 16 siyasi partiyanın birləşdiyi "Vətənin xilası naminə” adlı hərəkatın üzvləri hesab edir ki, müharibədə məğlub olmuş ordunun baş komandanı kimi Nikolun hakimiyyətə qalmağa mənəvi haqqı çatmır. Ona görə də o, istefa verməli, müxalifətin vahid namizədi Vazgen Manukyan Baş nazir seçilərək keçid hökumətini formalaşdırmalı, yalnız bundan sonra növbədənkənar parlament seçkiləri keçirilməlidir.

Paşinyanın isə bu tələblə barışacağı inandırıcı görünmür. İndiki situasiyada Paşinyanın müxalifəti istefa məqsədilə məshətləşmələrə dəvət etməsi və qarşı tərəfin bundan imtina etməsi baş nazirin manevr imkanlarını genişləndirə bilər.

O, etirazçıların təklifini qəbul etməyə hazır olduğunu, müxalifət lidelərinin isə bununla razılaşmadığını nümayiş etdirmək imkanı əldə etmiş oldu. Bu isə müxalifətin tərəfdarları arasında ciddi fikir ayrılığının yaranmasına səbəb olacaq.

Əslində, müharibədən sonra reytinqi aşağı düşmüş və bir çox ittihamlarla üzləşən Paşinyan hakimiyyətinin özü də siyasi revanş götürmək üçün növbədənkənar seçkilərin keçirilməsində maraqlıdır. Ancaq Paşinyan güclü itkiilər vermiş Ermənistan cəmiyyətində siyasi emosiyaların yatması üçün hələlik vaxt qazanmağa çalışır.

Erməni ekspertlər isə hesab edir ki, indiki situasiyada seçkilər keçirilsə belə, bu müxalifətin xeyrinə nəticələnməyəcək.

Alternativ Layihələr Qrupunun rəhbəri Vahe Ovannisyan bildirib ki, hazırda növbədənkənar seçkilərə getmək Ermənistan üçün intihara bərabərdir.

Bu barədə özünün "Facebook” səhifəsində yazan erməni ekspert öz fikrini belə əsaslandırıb.

"Kapitulyasiyadan sonra Ermənistana edilə biləcək ən böyük pislik təcili növbədənkənar seçkilərdir. Bu, ölkədəki ən az 3-4 aylıq anarxiya, mövcud parlamentin ləğvi, seçkiqabağı mərhələ, yeni baş nazirin seçilməsi, hökumətin qurulması, yeni hökumətin çuxura girməsi deməkdir”.

Ovannisyanın fikrincə, Ermənistanda erkən seçkilərin keçirilməsi hakimiyyət böhranına səbəb olacaq ki, bu da Azərbaycan üçün əlverişli nəticələr doğura bilər.

1. Azərbaycan istədiyini edəcək, özü üçün əlverişli sərhədləri müəyyənləşdirəcək, bütün yüksəklikləri, yolları və s. götürəcək, xarici aktorlarla danışıqlar aparacaq və yeni əldə olunmuş əraziləri intensiv şəkildə inkişaf etdirəcək. Biz isə Paşinyanın avantürizmini təmin etməklə məşğul olacağıq.

2. Yeni qeyri-sabitlik dalğası fonunda ölkə iqtisadiyyatı çökəcək və maliyyə və bank sisteminin çökməsi qaçılmaz olacaq.

3. Nəhayət, seçkilərin "COVID” riskinə məhəl qoyulmadan keçirildiyi dövlətlərdə vəziyyət kəskin şəkildə pisləşdi və minlərlə insanın ölümünə səbəb oldu. Gürcüstan buna ən təzə nümunədir.

Növbədənkənar seçkilər Ermənistan üçün intihardır”, - deyə Vahe Ovannisyan yazıb.

Ekspert qeyd edir ki, Ermənistanda mitinq iştirakçılarının sayı getdikcə azalıb. Bunun da başlıca səbəbi qışın soyuğunun ilk günlərində 10 minlərlə insanın siyasi müxalifətin icazə vermədiyi qəti hərəkətlər tələb etməsi olub.

Konstitusiya hüququ üzrə ekspert Loar Meloyan isə hesab edir ki, Nikol Paşinyan əlində olan inzibati resurslardan və ayrı-ayrı oliqarxların imkanlarından istifadə etməklə seçkiləri saxtalaşdırmağa məcburdur. Əks təqdirdə, o, törətdiyi cinayətlərə görə ömürlük həbs ediləcək.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları