Yuxarı

Baş redaktor:"Azərbaycanın diplomatiyada da qələbəni güzəştə getməyəcəyi aşkar göründü”

Baş redaktor:

Baş redaktor:

"Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli görüşü başa çatdı. İmzalanan bəyanatdan görünür ki, görüş Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb”.

Bunu "Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalnın baş redaktoru Rəfail Becanov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin mətbuat üçün açıqlamasında Azərbaycanın müharibə meydanında olduğu kimi, diplomatik arenada da, müzakirələrdə də üstün mövqedə olması, bu qalibiyyəti güzəştə getmək kimi bir əhval-ruhiyyənin olmadığı aşkar görünür:

"Prezidentin çıxışındakı əsas tezislər bunu sübut edir:

- Kommunikasiyaların bərpası Azərbaycan, Ermənistan və Rusiyanın maraqlarına cavab verir;

- Beynəlxalq kommunikasiyaların bərpası regionun inkişafında dinamizm yaratmaqla bərabər, həm də etibarlı təhlükəsizliyi şərtləndirəcək;

- 9 (10) noyabr razılaşması müvəffəqiyyətlə yerinə yetirilir;

- Rusiya sülhməramlıları öz vəzifəsini icra edir;

-Dağlıq Qarabağ konflikti keçmişdə qalıb və indi gələcək haqqında düşünmək lazımdır;

Mətbuat üçün açıqlamanı canlı izləyəndə isə Paşinyanın məğlub ampluasında olduğu nəzərdən qaçmadı. Başqa sözlə, bu məğlubiyyətdən doğan çaşqınlığı hələ də canındaydı. Ona görə də rabitəsiz və aşkar həyəcan hiss olunurdu. Bu həyəcan və rabitəsizlik o qədər aydın hiss olunurdu ki, onun "Qarabağın statusu ilə bağlı müzakirəni Minsk Qrupu çərçivəsində davam etdirməyə hazırıq” fikrini İlham Əliyev qədər Putinin də ciddi qəbul etmədiyi açıq-aşkar görünürdü. Eyni zamanda, Paşinyan 9 (10) noyabr razlaşmasındakı 8-ci bəndin yerinə yetirilməməsini də xatırlatdı və bununla bir daha öz məğlubiyyətini etiraf etmiş oldu. O bildirdi ki, əsirlər məsələsi həllini tapmayb və bu humanitar məsələ hələ də tam yerinə yetirilməyib”.

Baş redaktorun fikrincə, görüşün əsas diqqət çəkən məqamı Paşinyanın psixoloji gərginliyi idi:

"Onun uzlaşmayan nitqi və diksiyasından hiss olunurdu ki, Paşinyan görüş boyu sərt mövqe və suallar qarşısında aciz durumda olub. Görüş zamanı yaşadığı həmin acizliyi ört-basdır etmək üçün qarışıq fikirlər və açıqlamaları da onun köməyinə gəlmədi. Bu qarmaqarışıq və uzlaşmayan açıqlamalar həm də Ermənistanın daxili üçün deyilən və özünü sığortalamağa hesablanmış fikirlər idi.

Qısa desək, bu görüşdə Paşinyan zülm içində çabalayan adam obrazının təzahürü idi. Şikayətləri davam edir, Rusiyadan, konkret Putindən mədəd umurdu. Mətbuat konfransındakı görüntülər isə onun hədəfə çatmadığını, növbəti dəfə fiaskoya uğradığını sübut edirdi”.
Cebhe.info





Həftənin ən çox oxunanları