Yuxarı

Cavid Məmmədzadə: “Kim xalqın yanındadırsa, biz onunla birgəyik”

Cavid Məmmədzadə: “Kim xalqın yanındadırsa, biz onunla birgəyik”

cavid musazade

Parlament seçkilərinə az müddət qalsada, siyasi partiyalarda seçki aktivliyi hiss olunmur. Əsasən müxalifət düşərgəsində seçkiyə münasibətdə ikitirəlik yaranıb. Boykot qərarı verən partiyalar ölkədə demokratik seçki mühitinin olmadığını əsas gətirirlər. Bəs seçkidən sonra  durum necə olacaq?

Seçki nəticələri ilə razılaşmayan müxalif partiyalar etiraz aksiyaları təşkil edəcəklərmi?Bununla bağlı “Ağblok”-un İdarə Heyətinin üzvü Cavid Məmmədzadə cebhe.info-ya açıqlamasında deyib ki, “Ağ blok”un bütün namizədlərinin imza vərəqələri artıq DSK-ya  təqdim olunub. Blok seçkiyə 9 namizədlə gedir: “Rəsmi olaraq 2 namizədimiz qeydə alınıb. Digər namizədlərin qeydə alınıb alınmaması haqda hələ ki rəsmi məlumat yoxdur. Namizədlərimizin imza vərəqələrində heç bir saxtakarlıq yoxdur, bütün imzalar qanunda təsdiq olunmuş qaydalara əsasən toplanıb. Əgər hansısa namizədimiz qeydə alınmayacaqsa bu, yuxarı inisdansiyaların tapşırığı ilə olacaq”.

Cavid Məmmədzadə  deyib ki, seçki siyasi partiyalara, bloklara verilən bir şansdır, nə qədər saxtakarlıq olsada, seçki demokratik keçirilməsədə seçkidə iştirak etmək lazımdır: “Biz seçkinin demokratik keçirilməsinə ümid etmirik.Seçki demokratik şəkildə keçirilərsə, saxtakarlığa yol verilmərsə “Ağ blok”-un namizədlərindən 4-5 nəfər mandat alaraq Milli Məclisdə təmsil olunacaq”.

Cavid Məmmədzadə  deyib ki, seçkidən sonra nəticələr etiraz məqsədilə təşkil edilən aksiyalarda iştirak edəcəklər: “Əgər müxalifət düzgün qaydada birləşəcəksə, bu birlik hakimiyyətə qarşı olacaqsa, bizdə “Ağ-blok” olaraq bu ittifaqın tərkibində olacağıq. Ancaq başqa şərtlər altında, başqa maraqlara xidmət edən birləşmə olacaqsa,“Ağ blok” o birləşmədə olmayacaq. Biz xalqın yanındayıq, həmçinin də kim xalqın yanındadırsa, biz onunla birgəyik”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları