Yuxarı

Özünün də təmsil olunduğu hakimiyyətin düşməni

Özünün də təmsil olunduğu hakimiyyətin düşməni

Eli Kerimli

Yaxud Elçibəy iqtidarının “Qaloşlu Adamı”ı

Xalq Cəbhəsinin bir illik hakimiyyəti haqqında danışarkən onun süqutu hər zaman müzakirə və mübahisə mövzusuna çevrilir. “Nə yatdım, nə yuxu görəm” misalı ilə həmahəng olan hakimiyyətin ömrü o dövrün gercək xarici və daxili siyasi şəraitinə uyğun oldu. Amma o dövrü analiz və təhlil edənlərə görə, bu məsələ təkcə siyasi problemlərin nəticəsi deyildi. Bunun gerçək səbəblərindən biri də hakimiyyətin içindəki qruplaşmalar idi.

Xüsusən də o qruplaşmalar ki, kütləvilik və siyasi təşkilatlanma baxımından AXC-nin daxilində möhkəmlənə bilmişdilər. Təbii ki, bu qruplaşmalardan söhbət açılanda ilk ağlagələn Müsavat və İsa Qəmbər olur. Amma hakimiyyəti öz içindən yeyən qruplaşma deyiləndə nədənsə Əli Kərimlinin rəhbərliyi ilə formalaşan  və bağlılıqları gizli qalan qruplaşma nədənsə kölgədə qalır. Xüsusi qeyd etmək lazımdır ki, bir illik AXC iqtidarının devrilməsində, o hakimiyyətin bu gün də adı ilə bağlanan uğursuzlaqlarında Əli Kərimli qruplaşmasının xüsusi yeri vardır.

İlk olaraq ona aydınlıq gətirək ki, bir illik Xalq Cəhbəsi hakimiyyətinin devrilməsinə görə, Müsavat Partiyası və İsa Qəmbər əsas suçlulardan sayılır. Müsavatın, xüsusən İsa Qəmbərin Elçibəy iqtidarının devrilməsinin suçu vardımı? Təbii ki, mübahisəli mövzudu və “yox” deyənlərlə “hə” deyənlərin sayı ən yaxşı halda bərabər ola bilər. Amma təhlillər ikincilərin fikirlərinin reallığı əks etdirdiyini göstərir. Çünki reallıq o idi ki, AXC 1992-ci ilin 18 mayında faktiki, 7 iyununda hüquqi olaraq hakimiyyətə yiyələnmişdi. Hakimiyyətə gəldikdən sonra ilk iş vahid komanda şəklində formalaşmaq,  prezident Elçibəyin ətrafında sıx birləşmək idi. İsa Qəmbər və komandası isə əksini etdi? 1992-ci ilin oktyabrında Müsavatın bərpa qurultayını keçirib AXC hakimiyyətini faktiki olaraq iki yerə parçaladı. Sonralar buraxılan kobud xəta “bunu Elçibəy istəmişdi” deyə şərh edilsə də, bu bəhanə havada qaldı. Çünki Elçibəy kimi təcrübəli siyasət adamı komandasının parçalanmasına razı olmazdı. Amma bu məsələdə Müsavat tək deyildi. Faktiki AXC-nin içində olan, onun həm təşkilatda, həm də hakimiyyətdəki strukturlarına yiyələnən Əli Kərimlinin “Yurd” birliyi də bu məsələdə əsas və böyük pay sahiblərindən biridir. Bu qruplaşma ilə digər qruplaşmanın əsas fərqi də o idi ki, bu qruplaşma təkcə siyasi ehtiraslarını həyata keçirən qruplaşma deyildi.

Bu qruplaşma həm də missiya icra edən qruplaşma idi. Arxasında müxtəlif klanların dayandığı deyilən bir siyasi çevrə vardı. Bu siyasi çevrə vaxtilə Əli Kərimlinin komsomoldan AXC-yə transfer olmasını məsləhət görmüş, bunu həyata keçirmiş və hər zaman onu dəstəkləyən qüvvə idi. Tapşırıqların icrasına nəzarət isə universitet rəhbərliyi tərəfindən verilirdi.  Reallıqdır ki, AXC hakimiyyətinin yıxılmasına yol açan əsas səbəblərdən biri də bu idi. Ona görə də Əli Kərimli və dəstəsi Elçibəyin kadrlarına qarşı qara piar kampaniyası aparır, onları müxtəlif siyasi postlardan uzaqlaşdırıb yerinə “yurd”çuları təyin etdirmək istəyirdi. Əli Kərimli üçün vahid komanda, vahid lider anlayışı yox idi. Aldığı tapşırıq beləydi. Haşiyə. Tələbə yoldaşları, daha doğrusu, onunla bir yerdə AXC-nin Universitet şöbəsinin idarə heyətində təmsil olunanlardan biri deyir ki, hələ hərəkat vaxtı iclaslarımızın stenoqramı rektoratlıqda olurdu. Günlərin birində bu adamı ifşa etmək üçün rektoratlığı nəzarətdə saxlamaq üçün etibar etdiyimiz dostlarımızdan ibarət xüsusi qrup müəyyənləşdirdik. Onlar bu adamı iclasdan dərhal sonra rektora hesabat verməyə gedərkən yaxaladı. O gündən də bizimçün bu adam bitdi. Heç zaman biz bir yerdə olmadıq. Təşkilatda olsaq da, mən hətta ona salam belə vermirdim..

Siyasətdə bütün çirkinliklərə baş vuran bu adamın əsas hədəfi Elçibəy idi. Ancaq ona qədər “vurulmalı” adamlar vardı. Əli Kərimlinin hədəfi Elçibəyin dövlət katibi Pənah Hüseyn, Milli Məclisin sədri İsa Qəmbər, bir müddət baş nazirin səlahiyyətlərini icra etmiş Əli Məsimli və digər kadrlar idi.  Şahidlər deyir ki, Pənah Hüseyn dövlət katibi vəzifəsindən azad olunması Əli Kərimli düşərgəsində şadyanalıqla qarşılanıb. “Yolumuz açıldı” deyən gənc Kərimli bu münasibətlə dostlarına qonaqlıq da verib.

Əli Məsimlinin Türkiyə səfəri zamanı təxribatla üzləşməsi də “kərimovcu”ların “zəhməti” sayəsində mümkün olmuşdu. Məlumatlı mənbənin söylədiklərinə görə,  Elçibəyi iqtidarının əsas sütunlarından biri olan daxili işlər naziri İsgəndər Həmidov da Əli Kərimlinin yolunda əsas maneələrdən biri olmuşdu. İsgəndər bəyin daxili işlər naziri vəzifəsindən istefası da “kərimovçu”ların sevincinə səbəb olmuşdu. Əli Kərimlinin qarşısında dayanan potensil rəqiblərin hamısı “yurd”çulara görə, düşmən idi. Məlumata görə, 1992-93-cü illərdə Elçibəyi iqtidarı daxilində baş verən ziddiyyətlərin, qarşıdurmaların qızışdırılmasına, mətbuata ötürülməsində Əli Kərimli və dəstəsinin müstəsna rolu olmuşdu.

Ağacı içindən qurd yeyən kimi Elçibəy iqtidarını da Kərimliçi dəstə içindən didib-dağıdırdı.Elçibəy bəlkə də kadr çatışmazlığından Əli Kərimli və dəstəsinin üzvlərini yüksək dövlət vəzifələrinə çəkirdi. Ancaq “Qaloşlu Adam” istənilən hakimiyyət üçün təhlükəli idi. Tarix sübut etdi ki, Əli Kərimli və dəstəsi Elçibəy hakimiyyəti üçün qara yara idi. Bu yara vaxtında kəsilib atılmalı idi. Lakin Elçibəyin humanizmi, yaxın ətrafının müəyyən mənada səbatsızlığı, “Yurd” təhlükəsinin görə bilməməsi sonda siyasi faciə ilə nəticələndi. Əli Kərimli və dəstəsinin qurd kimi içindən yediyi ağac 4 iyunda yıxıldı. Heç kim gəmini içindən yeyən siçovul dəstəsini məhv etmək, ən azı gəmidən uzaqlaşdırmaq haqqında düşünmədi. Zamanında müdrik qərarlar verilsəydi, Əli Kərimli və dəstəsi ifşa ediləydi, Azərbaycanda demokratiyanın və milli hakimiyyətin ömrü daha uzun olardı.

Türkel





Həftənin ən çox oxunanları