“AXCP Etimad Qurultayı son illər Azərbaycan müxalifətinin keçirdiyi ən izdihamlı və tanınmış simaların qatıldığı qurultay olacaq. Bu qurultayın Azərbaycan müxalifətinə yeni sima, yeni imic gətirmək, insanların müxalifətə olan inamını, güvənini yenidən qazanmaq üçün irəliyə doğru atılmış bir addım olacağına tam əminəm”. Bunu Cebhe.info-ya açıqlamasında AXCP EQTK-nın Binəqədi rayon şöbəsinin sədri Nazim Manafov deyib. Onun sözlərinə görə, AXCP EQTK-nın təşkilatlanmaya başladığı zaman elə də çox deyil: “Buna baxmayaraq, qısa zamanda bir çox işlər görməyə nail olmuşuq. Naxçıvan daxil olmaqla Azərbaycanın 50-dən çox bölgəsində rayon təşkilatları formalaşdırılıb. Tərəfdarlarımızın sayı hər keçən gün artmaqdadır, ən çəx da gənc nəslin nümayəndələri AXCP EQTK-ya qoşulmağa can atırlar. Oktyabrın 18-i Azərbaycanın Müstəqillik Aktının imzalandığı gün kimi qeyd olunur. Nə xoş təsadüfdür ki, bizim qurultay da bu tarixə təsadüf edir”. Qurultayın cəmiyyətə verəcəyi töhfələrə gəlincə, Nazim Manafov “Qurultayda tərəfdarlarımıza və cəmiyyətə gələcək planlarımız, seçəcəyimiz yol, aparacağımız mübarizə haqqında məlumat vermək üçün bir fürsət olacaq. Azərbaycan cəmiyyətində mövcud müxalifət elə bir mənfi imic formalaşdırıb ki, müxalifət adı eşidəndə, insanların ağlına bölücü, hakimiyyət və ayrı-ayrı şəxsləri təhqir edən, şəxsi mənafeyləri üçün gəncləri həbslərə atdıran liderlərdən ibarət bir partiya gəlir. Biz bu sindiromu qırmağa hesablanmış addımlar atacağımızı, təhqirlər üzərində deyil, sivil və tutarlı faktlardan istifadə edərək mübarizə aparacaq bir təşkilat quracağımızı cəmiyyətə çatdırmaq istəyirik. Bu gün cəmiyyətin böyük bir qismi, öz müxalif fikir və düşüncələrini ifadə etməkdən çəkinir. Bizim quracağımız təşkilatda əsas məqsəd bu sindiromu aradan qaldırmaq, müxalifətə, siyasi partiyalara olan inamı yenidən qazandırmaqdır. Belə olan halda yenidən böyük bir kütləni öz ətrafımızda cəmləşdirə biləcəyik. Xalqın istək və iradlarını iqtidara bildirəcəyik. Tərəfdarlarımızın hökümətdə təmsil olunmasına calışacağıq. Bu, uzunmüddətli bir prosesdir. Əlbəttə, bütün bu proseslərdən Azərbaycan cəmiyyəti qazanacaq”. Yeganə Oqtayqızı
- Ana səhifə
- Siyasət
- Nazim Manafov: “Xalqın istək və iradlarını iqtidara bildirəcəyik”
Nazim Manafov: “Xalqın istək və iradlarını iqtidara bildirəcəyik”
Bu bölmədən digər xəbərlər
- Paşinyan üçün "Qordi düyünü”: Asi generalları necə uzaqlaşdıracaq? Tarix 27 Fevral, 17:19
- Paşinyan "dalana dirənir": "Varis planı” gündəmə gəlir? Tarix 25 Fevral, 17:17
- Azərbaycanlıların üzünə 32 il bağlı qalan post: Bu seçki nəyi dəyişəcək? Tarix 23 Fevral, 17:15
- Azərbaycanı geriyə çəkən məmurlar: Ölkə bu vəziyyətdən necə çıxacaq? Tarix 18 Fevral, 17:12
- Putin ordunu generallardan "təmizləyir”: Varis planına hazırlıq, yoxsa? Tarix 18 Fevral, 17:11
- Supergüclərin Qafqaz savaşı: Bir planın üç məqsədi və ya qarşıdurma Azərbaycana nə vəd edir? Tarix 16 Fevral, 16:50
- İran yenə qarışacaq: Ölkəni naməlum gələcək gözləyir Tarix 11 Fevral, 16:48
- Güney Azərbaycan dünyanın diqqət mərkəzinə gəlir: "Bu, İranın yaralı yeridir, istənilən vaxt...” Tarix 9 Fevral, 16:36
- Rusiyaya qarşı demarş: Növbədə Putinin sevimlisi "Vaqner” var? Tarix 6 Fevral, 16:35
- İran açıq hədəfə çıxır: "Hərbi əməliyyatlar qaçılmaz olacaq” Tarix 4 Fevral, 16:33
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi