Yuxarı

“Saxtakarlıq və korrupsiya idarəetmə prinsipinə çevrilib”

“Saxtakarlıq və korrupsiya idarəetmə prinsipinə çevrilib”

rahib Haciyev“Nə üçünsə cəmi 10-15 gün bundan əvvəl namizədliyini irəli sürənlər daha deputat olmaq istəmir və namizədliklərini geri götürürlər. Hazırda seçicilər və mətbuatı izləyənlər düşünürlər ki, özünü deputatlığa hazır, seçilməyə qadir bilən, rəqiblərinin hamısından özünü daha şanslı sayan şəxslər birdən –birə niyə geri çəkilirlər?

Burada qəbahət bir şey yoxdur. Şəxs namizədliyini verə və geri götürə bilər. Ola bilər ki, namizədlər müxtəlif neqativ hallarla üzləşirlər. Bu, adi hal kimi də görünə bilər. Amma ölkədə bütün vicdanlı adamlar narahatdır, çünki parlament seçkiləri indidən analoqu olmayan şəkildə saxtalaşdırılır”. Bunu Cebhe.info-ya açıqlamasında AXCP Ali Məclisinin üzvü Rahib Hacıyev deyib. Baş verən neqativ hallara münasibət bildirən AXCP Suraxanı rayon şöbəsinin üzvünün sözlərinə görə, saxtakarlıq və korrupsiya ölkədə idarəetmə prinsipinə çevrilib: “Azərbaycanda saxta seçki təyinatları bu baxımdan korrupsiyanın daha ciddi vüsət aldığını ortaya qoymuş olur. Ölkəmizdəki korrupsiya əməlləri beynəlxalq təşkilatların hesabatında yer alır. Beynəlxalq Şəffaflıq Təşkilatının müxtəlif zamanlardakı  hesabatlarına baxın. Korrupsiya əməlləri  məmurlara birdəfəlik verilən rüşvət deyil. Çünki o, bununla məhdudlaşmır, onu verən şəxs daha artıq miqdarda maraqlarını qorumaq və daha yüksək dairələrə öz iradəsini yeritmək istəyəcək. Dürüst insanların istəkləri millətin maraqları ilə bağlıdır. Xalq rüşvətə və korrupsiyaya “yox” deyir, ölkədə islahatların aparılmasını, azad, ədalətli seçkilərin keçirilməsini, vətəndaşların hüquq və azadlıqlarına hörmətlə yanaşılmasını istəyir. Bu, bir xalq olaraq bizim əsas istəyimiz və tələbimiz olmalıdır”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları