Yuxarı

Rafiq Daşdəmirli: “AXCP-nin bütün rayonlarda güclü və çevik şöbəsi olacaq”

Rafiq Daşdəmirli: “AXCP-nin bütün rayonlarda güclü və çevik şöbəsi olacaq”

rafiqRafiq Daşdəmirli: “AXCP-nin bütün rayonlarda güclü və çevik şöbəsi olacaq”

AXCP 18 oktyabrda möhtəşəm Etimad Qurultay keçirdi. Qurultayda baş verən hadisələr cəmiyyətin diqqətindən kənarda qalmadı. Xüsusilə AXCP Nizamnaməsinə edilən 2 vacib dəyişiklik Qurultay nümayəndələri və ictimaiyyət tərəfindən müsbət qarşılandı.  Etimad Qurultayından sonra qarşıda duran planlar və görüləcək işlər haqqında AXCP üzvü Rafiq Daşdəmirli Cebhe.info-ya məlumat verib.

Rafiq Daşdəmirli bildirib ki, artıq qurultaydan sonra Ədliyyə Nazirliyinə təqdim etmək üçün sənədlər hazırlanır: “Yəqin ki, 1-2 gün müddətində bu məsələ yekunlaşacaq. Daha sonra Ali Məclisin iclasını çağıracağıq. Məclisə sədr seçiləcək, Məclisin digər strukturları formalaşdırılacaq. Planlaşdırırıq ki, yaxın günlərdə bu məsələni yekunlaşdıraq.

Daha sonra rayon şöbələrinin fəaliyyətinin gücləndirilməsi istiqamətində fəaliyyətlərimiz davam edəcək. Əhatə olunmayan rayonlarda şöbələr qurulacaq və formalaşdırılacaq.

Yaxın zamanlarda AXCP-nin bütün bölgələrimizdə güclü və çevik strukturunun fəaliyyətini hər kəs hiss edəcək”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları