Yuxarı

İlqar Məmmədov və Tofiq Yaqublu məhkəməyə gəlməyəcək

İlqar Məmmədov və Tofiq Yaqublu məhkəməyə gəlməyəcək

ilqar-tofiqMüsavat Partiyasının başqan müavini Tofiq Yaqublu və REAL hərəkatının həbsdə olan sədri İlqar Məmmədov Apellyasiya Məhkəməsində iştirak etmək istəmirlər. Bu barədə musavat.com-a məlumatı vəkil Fuad Ağayev verib.  O bildirib ki, İlqar Məmmədovun yerinə apellyasiya prosesində onun vəkilləri iştirak edəcəklər:

“İlqar Məmmədov ərizə yazmışdı ki, apellyasiya prosesində iştirak etməyəcək. O bütün səlahiyyətləri öz vəkillərinə həvalə edib. Apellyasiya məhkəməsində iştirak  etmək onun hüququdur. Biz də məsləhətləşdik ki, İlqar Məmmədova əlavə əziyyət verilməsinə, onu bir də Şəkiyə göndərilməsinə ehtiyac yoxdur.  Eyni zamanda məndə olan məlumata görə, Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu da eyni fikirdədir. O da apellyasiya məhkəməsində iştirak etməyi düşünmür”. Qeyd edək ki,  bu ilin 13 oktyabr tarixində Ali Məhkəmədə İlqar Məmmədov və Tofiq Yaqublunun kassasiya şikayətinə baxılıb. Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib. Şəki Apellyasiya Məhkəməsinin İ. Məmmədov və T. Yaqublu barəsindəki qərarı ləğv edilib, iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.





Həftənin ən çox oxunanları