Yuxarı

Əli Kərimli siyasi aqoniya vəziyyətində

Əli Kərimli siyasi aqoniya vəziyyətində

Eli Kerimli“Yurd” lideri istedadsız şairlərin, 7-8 partiya dəyişmiş mövqesizlərin ümidinə qalıb

Ədliyyə Nazirliyi AXCP-nin Əli Kərimli qanadının sentyabrın 27-də keçirilən qurultayının sənədlərini geri qaytarıb. Nazirlik “eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə bir-birinə zidd olan müraciətlərin daxil olduğunu nəzərə alaraq” Əli Kərimli dəstəsinə təklif edib ki, “mübahisəli məsələni” həll etmək üçün məhkəməyə müraciət edilsin.

Ədliyyə Nazirliyinin qərarı Əli Kərimlini və dəstəsini təlaşa salıb.Vəziyyətin ciddiliyini və AXCP-nin rəsmi təmsilçilik hüququnun əldən çıxdığını görən Əli Kərimli qara piar kampaniyasına başlayıb. Əli Kərimlini təlaşa salan 27 sentyabrda 5 manatlıq muzdlu adamlarla təşkil etdiyi “qurultay”ın nəticələrinin tanınmamasıdır. “Yurd” lideri Ədliyyə Nazirliyini siyasi sifariş yerinə yetirməkdə suçlandırır, halbuki nazirlik hüquqa, qanuna əməl edib, faktlara əsasən qərar çıxarıb. Fakt isə ondan ibarətdir ki, AXCP-də Əi Kərimlinin repressiyalarına etiraz edən, haqqı tapdalanan bir qrup şəxs Etimad Qurultayı Təşəbbüs Qrupu yaradıb, 57 rayon şöbəsinin iştirakı ilə oktyabrın 18-də qurultay keçiriblər.  Əli Kərimli bu perspektivi partiyanı şəxsi mülkiyyətinə çevirəndə, əks fikrə dözümsüzlük göstərəndə, onun kimi düşünməyən insanları partiyadan uzaqlaşdıranda düşünməli idi. Haqsızlığa məruz qalmış insanlar AXCP-dəki durumu dəyişmək üçün partiya üzvlərinə müraciət etdilər və ortaya belə bir mənzərə çıxdı. Məlum oldu ki, AXCP-də əksəriyyət Əli Kərimlinin sədr olmasını istəmir.

Əli Kərimli partiyanı şəxsi dükanına çevirmək istədi, cavabını cəbhəçilərdən 18 oktyabr qurultayı ilə aldı. Səhvini etiraf edib, cəbhəçilərə doğru addım atmaqdansa söyüş və təhqir siyasətini davam etdirir, partiyanın ruporu olan “Azadlıq” qəzetində AXCP-yə və onun legitim sədri Razi Nurullayevə qarşı qara piar kampaniyası təşkil edir. Son 3-4 gündə cəmiyyətdə ciddi nüfuzu olmayan, ən əsası Xalq Cəbhəsinə aidiyyatı olmayan adamları AXCP ətrafında baş verən proseslərlə bağlı danışdırıblar. Onların arasında adını hələlik çəkmədiyimiz şeir adına bir neçə cızma-qaranın müəllifi olan “şair” də var. Nə mətbuatda, nə də ədəbiyyatda sözünü deyə bilməyən bu istedadsız qrafomanın AXCP-dəki olaylara mövqe bildirməsi tamamilə absurddur.

AXCP məsələsində Əli Kərimlini dəstəkləyənlərdən biri də son 15 ildə azı 7 partiya dəyişmiş, siyasi təşkilatda əqidəyə görə yox, yalnız maaşa görə təmsil olunduğu bütün cəmiyyətə bəlli olan bir “siyasətçi”dir.  Adamın son duracaq yeri Ümid Partiyası olub. Bildiyimiz qədər maaşı azalan kimi partiyadan istefa verib. Əli Kərimlinin xeyrinəaçıqlamalar verib Milli Şuraya yaxınlaşmaq istəyir. Ancaq buna da üzü yoxdu. Məsələ burasındadır ki, 2000-ci il parçalanması zamanı “Yurd”un yanında yer alsa da, 2 il sonra bütövləşdiricilərə, yəni Əli Kərimlini söyənlərə qoşulmuşdu. Bu yaddaşsız adama xatırlatmaq lazımdır ki, Əli Kərimli legitim AXCP sədri  idisə, demokrat idisə, bəs niyə ona qarşı çıxırdın?

Bütün bunlar onu göstərir ki, cəmiyyətin sağlam düşünən, demokratiyaya, qanuna, hüquqa sayğısı olan kəsimi AXCP ətrafında baş verənləri doğru yöndən qiymətləndirir, kimin haqlı-kimin haqsız olduğunu ayırd etməyi bacarır. Əli Kərimli isə yalnız öz marağını güdən mövqesiz, özünü siyasi baxımdan yandırmış, yıpratmış “siyasətçi”lərin,  talantsız, adı heç bir dəftərdə olmayan şairlərin ümidinə qalıb. Onlar cəmiyyətdə “əsl AXCP Əli Kərimlidir” fikrini formalaşdırmalıdır. Siyasi kimliksiz, özünə yer tapa, mövqe qazana bilməmiş bu siyasi bankrot şəxslərdən Əli Kərimliyə fayda yoxdur. Razi Nurullayevin başlatdığı AXCP-nin və müxalifətin yeniləşməsi, qaragüruhun əlindən alınması prosesinə heç Milli Şuranın ştatlı söyüşçüləri Cəmil Həsənli, Eldəniz Quliyev, Gültəkin Hacıbəyli “akademik”, mərtəbəli söyüşləri ilə mane ola bilmədilər. Proses davam edir, ilk mərhələdə Əli Kərimli AXCP-dən dışlandı, növbəti mərhələdə bu cəmiyyət üçün zərərli, dağıdıcı, bolşevik zehniyyəti daşıyan “lider” bütövükdə siyasətin  dışında qalacaq.

Türkel





Həftənin ən çox oxunanları