Yuxarı

Razi Nurullayev: “Ölkə dünya gündəminə korrupsiya və həbslərlə gəlir”

Razi Nurullayev: “Ölkə dünya gündəminə korrupsiya və həbslərlə gəlir”

razi nurullayev“Azərbaycanın Böyük İyirmilər”in Antalya zirvə toplantısında iştirakı və dünyanın ən böyük gücləri ilə bir arada dünya problemlərini müzakirə etməsi ölkəmiz adına çox müsbət haldır. Əsrlər boyu əsarətdə yaşamış xalq üçün bu qürurvericidir. Bununla bərabər, bu cür təmsilçilik həm də Azərbaycanın dünya gündəmində işıqlandırılmasına gətirib çıxarır”.

Cebhe.info xəbər verir ki, bu sözləri Azərbaycanın “Böyük İyirmilər”in Antalya zirvə toplantısında iştirakına münasibət bildirən AXCP sədri Razi Nurullayev deyib. Sədr təəssüflə qeyd edibki, bu gün Azərbaycan dünya gündəminə həm də neft və qaz ölkəsi olması, onlarla siyasi məhbusun həbsxanalara salınması, dünya standartlarından çox uzaq olan seçkilər keçirməsi, Avropaya inteqrasiyadan, dolayısı ilə şəffaflıq və yaxşı idarəetmədən imtina etməsi və ölkəni cənginə almışkorrupsiya halları və həbsləri ilə gəlir: “Bu, çox üzücüdür. Çünki Azərbaycan Şərq dünyasının ilk Demokratik Cümhuriyyətini qurmuş bir ölkədir. O, Şərqdə ilk operanı, teatrı yaratmış bir cümhuriyyətdir. Şərqdə ilk dəfə qadınlara səsvermə hüququnu tanıyan bir mədəniyyət nümunəsinə malik ölkədir. Əgər bu xalq keçən əsrin əvvəllərində demokratiya qura bilmişdisə və bu ənənəyə malikdirsə, indi də çox qısa zaman kəsiyində bunu edə bilər. Ona görə də, Azərbaycanın siyasi hakimiyyətinin öz iqtidarını saxlamaq instinktini saxlamaqla bərabər, həm də Azərbaycanın demokratik gələcəyi ilə bağlı ciddi addımlar atması zəruridir”.

“Eyni zamanda, cəmiyyət və beynəlxalq aləm tərəfindən yaxından izlənilən və müsbət qarşılanan korrupsiya hallarına qarşı mübarizənin də davam etdirilməsi vacibdir”,- deyən R.Nurullayev qeyd edib ki, hakimiyyətin yüksək eşalonlarında olan ciddi korrupsiya və reketçilik halları ölkəmizin sütunlarını laxlatmaqdadır: “Korrupsiya və məmur reketçiliyinə qarşı mübarizə sistemli şəkildə aparılmalı və konkret şəxslər üzərində qurulmamalıdır. Çünki hazırki siyasi sistemin bünövrəsinin yenidən şəkillənməsinə ehtiyacvar. Ayrı-ayrı şəxslərə yönəlik korrupsiya mübarizəsi problemi kökündən çözə bilməz”.





Həftənin ən çox oxunanları