Yuxarı

Putinin məqsədi Bəşər Əsədi gücləndirməkdir

Putinin məqsədi Bəşər Əsədi gücləndirməkdir

Ehtiram Mehtiyev“Rusiya hərbi təyyarələri tərəfindən Türkiyənin hava sərhədlərinin pozulması Putinin siyasi səhvi idi”. Bunu Cebhe.info-ya açıqlamasında AXCP-nin sədr müavini Ehtiram Mehdiyev deyib. Türkiyənin  Rusiyaya aid hərbi təyyarəni vurmasını dəyərləndirən sədr müavini bildirib ki, Rusiyanın Türkiyə ilə münasibəti korlayacağı inandırıcı görünmür:

“Düşünmürəm ki, iki ölkə arasında yaranan bu gərginlik hərbi toqquşma ilə nəticələnsin. Güman edirəm ki, Rusiya Türkiyə ilə münasibətləri korlamaq istəməyəcək. Çünki Türkiyə sərhədinin pozulması NATO sərhədlərinin pozulması deməkdir. Bu hadisədən sonra NATO Şurasının təcili toplantı keçirməsi də məsələnin son dərəcə ciddiyyətindən və təhlükəli olmasından xəbər verir. Proseslərin gedişatına Türkiyə-Rusiya birgə təbii qaz layihələrinin təsir edəcəyini də düşünürəm. Çünki bu layihəyə Rusiya tərəfi 3 milyard dollar sərmayə qoyub. Ona görə də bu məsələdə daha həssas olması lazım gələn tərəf şimal qonşularımızdır. Türkiyə isə Rusiyanın bir nömrəli qaz istehlakçısıdır. Türkiyəni itirmək Rusiya üçün ciddi itki olar. Türkiyə lazım gəlsə, qazı Rusiyadan yox, digər ölkələrdən də ala bilər”. Rusiyanın Suriyada həyata keçirdiyi hərbi əməliyyatlara gəlincə isə, E. Mehtiyev bildirib ki, Rusiyanın əsas məqsədi Bəşər Əsədin mövqelərini gücləndirməkdir:

“Rusiya isə bütün çağırışlara baxmayaraq Suriya ərazısini bombalayır. Putin açıqlamaların birində vurğulamışdı ki, Əsəd rejiminə qarşı olan hər qruplaşma bizim üçün terrorçudur. Sonra bu mövqedən bir qadər geri çəkildi. Rusiya Suriyaya İŞİD-i vurmaq adı ilə girdi, amma İŞİD qaldı kənarda, türkmənləri bombaladı. Görünən odur ki, Rusiyanın əsl məqsədi Suriyada hərbi bazalarını gücləndirməkdir”.

Vilayət Muxtar