Yuxarı

AXCP sədri: “Zor tətbiq etməkdən çəkinin”

AXCP sədri: “Zor tətbiq etməkdən çəkinin”

razi nurullayev“Nardaranda polislə dindarlar arasında toqquşma, atışmalar nəticəsində ölüm hadisəsinin baş verməsi, hər iki tərəfdən adamların yaralanması, Müsəlman Hərəkatı Təşkilatının rəhbəri Taleh Bağırzadənın və onunla bərabər daha bir nəfərin naməlum istiqamətə aparılması barədə məlumatlar çox üzücüdür.

Həm dindar ağsaqqallar, həm də hüquq-mühafizə orqanları tərəfindən sakitliyin bərqərar edilməsi üçün qarşılıqlı addımlar atılmalıdır. Yaşanan bu hadisəyə ciddi şəkildə hüquq müstəvisində, o cümlədən fərdlərin dini, siyasi, ictimai hüquqları çərçivəsində qiymətin verilməsi zəruridir”. Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev Nardaranda baş verən hadisəyə münasibət bildirərkən deyib.

“Yaxın regionda baş verən qeyri-stabil hadisələr fonunda vacib məsələlərdən biri ölkədaxili stabilliyin və təhlükəsizliyin qorunması, o cümlədən dövlət-vətəndaş dialoqunun gücləndirilməsidir. Biz hakimiyyəti və dindarları zor tətbiq etməkdən çəkinməyə və prosesin daha da gərginləşməsinin qarşısını almağa çağırırıq”,- deyə Razi Nurullayev vurğulayıb.





Həftənin ən çox oxunanları