Yuxarı

Azərbaycan Belarus yolunda

Azərbaycan Belarus yolunda

[caption id="attachment_415" align="alignleft" width="192"]Ehtiram Mehtiyev Ehtiram Mehdiyev: “Rusiyaya bu qədər bel bağlamaq olmaz”[/caption]  Milli Məclisin 14 sentyabr 2015-ci ildə keçirilən sesiyasında “Euronest” Parlament Assambleyasında iştirakının dayandırılması prosedurlarına başlamaq haqqında qərar qəbul edib. Azərbaycan parlamentinin deputatları hesab edirlər ki, Avropa İttifaqı Azərbaycanla əlaqələrinə qarşı yönəlmiş fəaliyyətə son qoymalı, müxtəlif qüvvələrin təsiri altında, əsassız ittihamlara söykənərək Bakı haqqında qərəzli qətnamələr qəbul etmək təcrübəsindən imtina etməlidir. Qətnamədə Avropa Parlamentində təmsil olunmuş, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə siyasi dəstək göstərən lobbiçi qrupları pisləmək, habelə bu cür fəaliyyətə son qoymaq çağırışı yer alır. [caption id="attachment_416" align="alignright" width="266"]Qabul Hüseynli Qabil Hüseynli-Politoloq[/caption] Milli Məclisin qəbul etdiyi qətnaməni politoloq Qabil Hüseynli “Cümhuriyət”ə açıqlamasında deyib ki, Milli Məclisinçıxardığı qətnamə Avropa Parlamentinin 10 sentyabr tarixində qəbul etdiyi qərəzli qətnaməyə etiraz xarakteri daşıyır: “Avropa Azərbaycana çox lazımdı, birincisi ondan ötrü ki, Azərbaycanın əsas neft,qaz bazarı Avropa ilə bağlıdı və bundan başqa Avropa ilə ticarət dövriyəsinin əsas hissəsini Avropadan alınan mallar təşkil edir ki, bu da bəzi sahələrin inkişafı üçün vacibdir. Son dövrlərdə Avropa İttifaqında erməni lobbiçilərinin təsiri güclənib. Sözün əsl mənasında Ermənistanın qondarma Dağlıq Qarabağ Respublikasının vasitəsilə Azərbaycanın əleyhinə müxtəlif bəyanatlar və qərarlar qəbul edilir. AP-nin son qərarı Fransadan olan deputatların Dağlıq Qarabağa gəldikdən sonra hazırladıqları təklifdi və bu AP-də yekdilliklə qəbul edilməyib. 202 nəfər əleyhinə səs verib, 72 nəfər bitərəf qalıb, ümumilikdə qətnamə belə desək, zorla qəbul etdirilib. Bütün bunlar onu göstərir ki, AP-nin özündə Azərbaycana qarşı qərəzli mövqü tutan, erməni lobbisinin təsiri altında olan qüvvələr var və bu qüvvələr bəzən hətda erməni lobbiçilərinin tamah məqsədi güdən müxtəlif təkliflərini qəbul edərək bunu parlament müstəvisində reallaşdırmağa nail olur”. Politoloqun fikrincə, son qərar göstərir ki, AP-də bəzi dairələr erməni lobbiçilərinin təsiri altında, hətta korrupsiya yönümlü əməllər ediblər və bütün bunlarda Azərbaycanı qəzəbləndirir: “Bütün bunlar AP-nin Dağlıq Qarabağ probleminin ermənilərin xeyrinə həll etmək niyyətlərini ortaya çıxarır. Belə vəziyyətlə Azərbaycan Dağlıq Qarabağ məsələsinin həllində açar rolunu oynayan Rusiya ilə əməkdaşlığa getməlidir. Sözsüz ki, biz Rusiya ilə əlaqələri daha da gücləndirəcəyik. Amma bu o demək deyil ki, burada biz Rusiyanın əsas strateji tərafdaşına çevriləcəyik. Biz başa düşürük ki, Qafqazda xüsusilə Ermənistanda Rusiyanın təsiri güclüdü, bu mövqedən Dağlıq Qarabağ probleminin həllində Rusiya açar rolunu oynaya bilər. Son dövrlər Azərbaycanın  Dağlıq Qarabağ probleminin həlli prosesində əldə etdiyi müəyyən irəliləyişlər Rusiyanın birbaşa təkan verməsi ilə bağlıdır. Mən güman edirəm ki, Milli Məclisin qərarı Avropa ilə münasibətlərə daha sağlam təkan verməklə yanaşı eyni zamanda Dağlıq Qarabağ probleminin həllində daha çox maraqlı olan dövlətlərlə münasibətlərin inkişafına təkan verəcəkdir”. “Hakimiyyət ciddi islahatlara getməli, siyasi məhbusları qeyd-şərtsiz azad etməlidir”. Bunu isə Avropa Parlamentinin Azərbaycandakı vəziyyətlə bağlı qəbulu etdiyi qətnaməyə münasibət bildirənsiyasi ekspert Ehtiram Mehdiyev deyib. Eskpert bildirib ki, bu qətnaməni tənqid atəşinə tutmaqdansa, iş görmək lazımdır: “Avropa Parlamentinin Azərbaycana tətbiq etdiyi qətnamə onu göstərir ki, hakimiyyət ciddi şəkildə islahat aparmalı, siyasi məhbusları qeyd-şərtsiz azad etməlidir. Düşünürəm ki, Azərbaycan hakimiyyəti bu qətnamədən sonra Rusiya ilə bağlarını əvvəlkindən daha çox gücləndirəcək. Bu isə Belarusmodelinə çox oxşayır. Bu model isə  Rusiyanın vassalına çevrilməkdən başqa birşey deyil”. Avropa Parlamentinin qətnaməsinin Milli Məclisi ciddi şəkildə narahat etdiyini deyən eskpert qeyd edib ki, parlamentin qəbul etdiyi qərar heç də ölkənin xeyrinə hesablanmayıb: “Qərarda bildirilir ki, Avropa Parlamentinin Azərbaycana qarşı pozucu fəaliyyətinə və qərəzli kampaniyasına son qoyulsun. Avropa Parlamentinin nüfuzuna xələl gətirən fəaliyyətin qarşısı alınsın. Azərbaycan nümayəndə heyətinin Avronest Parlament Assambleyasının iclaslarında iştirak etməsinə son qoyulsun, fəaliyyəti dayandırılsın. Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycanın məsul şəxsləri ilə bağlı sanksiya tətbiq olunacağı təqdirdə, Avropa Parlamenti üzvlərinin Azərbaycana girişine qadağa qoyulsun. Bütün bunlar bizə nə verə bilər axı?Avropanın bizə yox, bizim onlara ehtiyacımız var, onlar bizi yox, biz onları itiririk. Rusiya bizi nə qədər müdafiə edə bilər? Daha soyuqqanlı və uzaqgörən addımlar atmalıyıq. Rusiyaya bu qədər bel bağlamaq olmaz”. Vilayət Muxtar





Həftənin ən çox oxunanları