Rasim Ağayev: “Bu, ermənilərin vahid milli-siyasi mövqeyidir” Cəbhə xəttindəki məğlubiyyətdən sonra Ermənistanda hər gün anti-Rusiya aksiyaları keçirilir. Ermənilər düşdükləri vəziyyətə görə, Rusiyanı ittiham edirlər. İrəvanda yüzlərlə Ermənistan vətəndaşı Rusiya və Putin əleyhinə şüarlar səsləndiriblər. Aksiyaya səbəb Rusiyanın Azərbaycana silah satması və əməkdaşlığı göstərilib. İrəvanın “Azadlıq” meydanında başlanan yürüş Rusiya səfirliyinə qədər davam edib. Aksiya iştirakçıları səfirliyin binasına yumurta atıblar. Etirazçılar Rusiyaya qarşı növbəti tələblər irəli sürüblər. Ermənilər Rusiyadan “De-yure siyasi müttəfiqinin öz vəzifələrini icra etməsini, gələcək qərarlarında Ermənistanın milli maraqlarına və təhlükəsizliyinə hörmət etməyi, Azərbaycana silah satışını dərhal dayandırmağı tələb ediblər. Rusiya baş nazirinin müavini Dmitri Roqozin isə “Exo Moskvı” radiosuna müsahibəsində ermənilərə sərt cavab verib. O, özünün Bakı səfərindən sonra Ermənistanda bir “qarın işləməsi”nin başladığını deyib. “Tamamilə qorxunc bir demaqogiya başlayıb orada. Barmaqla göstərmək istəmirəm, bəziləri orada özlərini pis aparır. Müharibə isə məhz soyuqqanlılıq tələb edir, daha hansısa təbliğat xarakterli ağlaşma, burundan selik axıtmaq yox” - Roqozin qeyd edib. “Təsəvvür edək ki, biz münaqişənin hansısa tərəfi ilə hərbi-texniki əməkdaşlığı dayandırırıq. O dəqiqə orada amerikalılar və NATO peyda olacaq. Necə düşünürsünüz, digərləri də silah verməyi dayandıracaq? Məsələ ondadır ki, biz silah verəndə dəqiq bilirik ki, müəyyən balans var və bu balans genişmiqyaslı müharibənin başlamasını əngəlləyən amildir” - baş nazirin müavini izah edib. “Biz oradan gedən kimi, Azərbaycan və Ermənistanın hərbi-texniki tərəfdaşı olmaqdan çıxan kimi, orada siyasətdə qat-qat “diribaşlar" peyda olub sərhədlərimiz yaxınlığında nəhəng itkilərlə elə qətliamlar təşkil edəcəklər ki" - Roqozin deyib. Onun sözlərinə görə, amerikanlar və ya fransızlar indi də Azərbaycan və Ermənistana silah sata bilər: “Amma hər iki tərəflə strateji və dost əlaqələr hesabına biz siyasi, iqtisadi, hərbi-texniki təmasları saxlayırıq”. Politoloq Rasim Ağayevin sözlərinə görə, son günlər Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi ilə müşahidə olunan mitinq və nümayişlər spontan formada baş qaldırmayıb. Bu daha çox əlaqələndirilmiş şəkildə təşkil olunub: “Ermənisanda heç vaxt spontan xarakterli aksiyalar, olmur və yaxın gələcəkdə də olmayacaq. Ermənilər harada olur-olsun milli siyasətdə vahid mövqe nümayiş etdirirlər. Yəni, bu aksiyalar hakimiyyətin razılığı ilə keçirilir. İndi isə Ermənistanın siyasi, ictimai və terrorçu təşkilatları ciddi zərbə alıblar. Zərbə də ondan ibarətdir ki, ilk dəfədir onları kütləvi şəkildə Qarabağ torpaqlarına qurban gətirdilər. Onlar da xeyli itki verdilər. Bu da cəmiyyəti incidir, hakimiyyəti də sarsıdıb. Hakim dairələrdən narazılıq yaranıb. Ermənistan rəhbərliyi də yaranmış vəziyyətdən çıxmaq üçün həm istəyir Rusiyaya təzyiq göstərsin, digər tərəfdən isə aradakı narazılığı götürsünlər”. Politoloq onu da bildirdi ki, bu aksiyalar Rusiyaya təsir edə bilməz. Çünki Rusiya işğalın aradan qaldırılmasının vacibliyinə dair beynəlxalq ictimai rəylə hesablaşmağa məcburdur. Bu halda təklənmiş Ermənistan dünyaya güc nümayiş etdirmək imkanında deyil: “Bir neçə dəqiqə bundan əvvəl prezident Putin canlı yayımda çıxışında dedi ki, biz münaqişənin həllinə ümumi yol tapmışıq. Onu da dedi ki, əsas razılığa gəlmək tərəflərin özlərindən asılıdır. Məlumdur ki, BMT də öz sözünü 25 il bundan qabaq deyib. ABŞ da bu yaxınlarda bəyan etdi ki, Ermənistan ətraf rayonları işğaldan azad edilməlidir. Rusiya da bu qənaətə gəlir ki, Ermənistan 7 rayonun hamısını olmasa da, ən azı bir qismini qaytarmalıdır. Bununla da Ermənistan sülh istədiyini təsdiq etməlidir. Bu olmasa, hərbi əməliyyatlar yenidən başlayacaq”. Qeyd edək ki, Rusiyanın xarici siyasətinin formalaşmasında hərbi-sənaye kompleksi əsas təsirə malikdir. Rusiyanın son illər ekspansionist siyasətinin formalaşmasında da hərbi elita mühüm rol oynayır. Bu baxımdan, Ermənistanın Kremldən Azərbaycana silah satmamağı tələb etməsi hərbi-sənaye kompleksinin əks-reaksiyası ilə qarşılana bilər. Rasim Ağayevin sözlərinə görə, Rusiya bu məsələdə Ermənistanın deyil, özünün dövlət maraqlarını üstün tutur: “Vladimir Putin bununla bağlı suala cavabında dedi ki, biz dövlət sifarişinə uyğun hərəkət edirik. Dövlət sifarişi varsa, silah satışı da olacaq. Rusiya burada öz xeyrini güdür. Onlar hesab edirlər ki, Azərbaycan silah alarkən nağd pul verir. Ermənistana isə bu silahları pulsuz verir. Ona görə də ermənilərin danışmağı hay-küydən ibarətdir. Bu da o deməkdir ki, Serj Sarkisyanın siyasi ömrü tükənir”. Müşfiq Abdulla
- Ana səhifə
- Siyasət
- Ermənilər Rusiyaya arxa çevirir
Ermənilər Rusiyaya arxa çevirir
Bu bölmədən digər xəbərlər
- Paşinyan üçün "Qordi düyünü”: Asi generalları necə uzaqlaşdıracaq? Tarix 27 Fevral, 17:19
- Paşinyan "dalana dirənir": "Varis planı” gündəmə gəlir? Tarix 25 Fevral, 17:17
- Azərbaycanlıların üzünə 32 il bağlı qalan post: Bu seçki nəyi dəyişəcək? Tarix 23 Fevral, 17:15
- Azərbaycanı geriyə çəkən məmurlar: Ölkə bu vəziyyətdən necə çıxacaq? Tarix 18 Fevral, 17:12
- Putin ordunu generallardan "təmizləyir”: Varis planına hazırlıq, yoxsa? Tarix 18 Fevral, 17:11
- Supergüclərin Qafqaz savaşı: Bir planın üç məqsədi və ya qarşıdurma Azərbaycana nə vəd edir? Tarix 16 Fevral, 16:50
- İran yenə qarışacaq: Ölkəni naməlum gələcək gözləyir Tarix 11 Fevral, 16:48
- Güney Azərbaycan dünyanın diqqət mərkəzinə gəlir: "Bu, İranın yaralı yeridir, istənilən vaxt...” Tarix 9 Fevral, 16:36
- Rusiyaya qarşı demarş: Növbədə Putinin sevimlisi "Vaqner” var? Tarix 6 Fevral, 16:35
- İran açıq hədəfə çıxır: "Hərbi əməliyyatlar qaçılmaz olacaq” Tarix 4 Fevral, 16:33
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi