Yuxarı

Razi Nurullayev: “Dünya mətbuatı Azərbaycana qarşı mövqeyni korrektə etməyə başlayıb”

Razi Nurullayev: “Dünya mətbuatı Azərbaycana qarşı mövqeyni korrektə etməyə başlayıb”

İlk dəfədir ki, BBC-nin Dağlıq Qarabağla bağlı bu qədər ətraflı və Azərbaycanın maraqlarını özündə ehtiva edən reportajını görürəm. Geniş və ətraflı. Bir neçə şəhid ailəsi, evi dağıdılan şəxslər danışır və bunu edən erməniləri “faşist” adlandırır. Bunu BBC verir və bu, məni çox sevindirdi. Ümumiyyətlə, dünya mətbuatı Azərbaycana qarşı mövqeyni korrektə etməyə başlayıb”.

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev BBC kanalında Qarabağla bağlı yayımlanan son reportaja münasibət bildirərkən deyib.

“Digər yandan isə XİN xarici jurnalistlər üçün Dağlıq Qarabağda təmas və döyüş xəttinə səfərlərini təşkil etməkdə davam etməlidir. Bu təşkil olunmasaydı, reportaj da olmazdı. Al-Jazeera kanalı da geniş və gözəl reportaj hazırlayıb. Azərbaycanın haqq işinə dəstək olduğu aşkardır. Dağlıq Qarabağ mütləq azad olunacaq. Dünyanın dəstəyini almaq üçün daha ciddi səylər etməliyik”,- deyə partiya sədri vurğulayıb.





Həftənin ən çox oxunanları