Yuxarı

AXCP sədrinin müavini: “Sənin missiyan nədir, cənab Novruzov?”

AXCP sədrinin müavini: “Sənin missiyan nədir, cənab Novruzov?”

"Siyavuş Novruzova məsləhət görərdik ki, AXCP-nin son dövrlərdəki fəaliyyəti ilə yaxından maraqlansın" 

Cebhe.info-ya açıqlamasında AXCP sədrinin müavini Ehtiram Mehtiyev belə deyib.

E.Mehtiyev bu günlərdə YAP-dan olan millət vəkili Siyavuş Novruzovun AXCP-ni tanımamaq kimi məntiqi həqiqətə sığmayan bəsit fikirlərinə vaxt sərf etməyə lüzum görmədiyini bildirib:

“Çünki bir müddət əvvəl Avropa təcrübəsindən yararlanaraq Milli Məclisdə fahişəliyin leqallaşdırılması ilə bağlı təklif irəli sürən Siyavuş müəllim üçün əlbəttə partiya, ideologiya prinsipləri maraqlı deyil. Onun belə maraqlı, məntiqli təkliflərini Parlamentdə çox eşitmişik. AXCP-nı rəhmətlik Əbülfəz Elçibəydən sonra "xalqın partiyası" edən bizlər olduq. Sadəcə olaraq Siyavuş Novruzova məsləhət görərdik ki, AXCP-nin son dövrlərdəki fəaliyyəti ilə yaxından maraqlansın və iqtisadi böhrandan çıxış təkliflərini, Dağlıq Qarabağla bağlı "Vahid Qərar Şurası”nın və digər təkliflərini bir daha nəzərdən keçirsin. Bizim missiyamız siyasi partiya olaraq dövlətin, xalqın keşiyində ləyaqətlə durmaqdır. Bəs sənin missiyan nədir, cənab Novruzov?”

Mənsur





Həftənin ən çox oxunanları