Yuxarı

AXCP-də yeni təyinat

AXCP-də yeni təyinat

Azərbaycan Xalq Cəbhəsi Partiyasında yeni təyinat olub.

Cebhe.info xəbər verir ki, Razi Nurullayevin sərəncamı ilə Tural İrfan partiya sədrinin dini məsələlər üzrə müşaviri təyin edilib.

Tural İrfan Bakı İslam Universitetini ilahiyyatçı,dinşümas, islamşünas-tərcüməçi, şəriət müəllimi, axund-imam ixtisaslari üzrə bitirib. Həmin universitetdə “Quran-i Kərim”in qiraəti üzrə müəllim vəzifəsinə təyin olunub. 2011- ci ildə Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgəsində səlahiyyətli nümayəndəsi olub. Bir neçə kitabı işıq üzü görüb. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, AMEA nın dissertantıdır.





Həftənin ən çox oxunanları