Yuxarı

Gənc hüquqşunas AXCP-ni seçdi

Gənc hüquqşunas AXCP-ni seçdi

Gənc hüquqşunas İlkin Məmmədov Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) üzv olmaq üçün müraciət edib.

Cebhe.info xəbər verir ki, bundan öncə heç bir siyasi partiyanın üzvü olmayan İ. Məmmədov bu addımına AXCP-nin təklif etdiyi “Vahiq Qərar Şurası”nın səbəb olduğunu bildirib:

“Daha öncə heç bir siyasi partiyanən üzvü olmamışam. Siyasi fəaliyyətim də olmayıb. Televiziyada AXCP-nin “Vahid Qərar Şurası” təklifiylə bağlı sujet gördüm, bundan sora məndə bu partiyaya maraq yarandı. Çünki Qarabağ problemiylə bağlı belə önəmli təkliflə çıxış edən başqa bir partiya xatırlamıram. İnanıram ki, partiyanın “Vahid Qərar Şurası” Qarabağ probleminin həllində önəmli rol oynayacaq. Üzvlük müraciətimi qəbul etdiyi üçün AXCP sədri Razi Nurullayevə minnətdarlığımı bildirirəm”.





Həftənin ən çox oxunanları