Yuxarı

“Qarabağ islahatları unutdurdu”

“Qarabağ islahatları unutdurdu”

“Total-iqtisadi böhranın davam etdiyi, cəmiyyətin ən çox ümidlə gözlədiyi bir vaxtda hökumətin pərakəndə formada apardığı islahat siyasəti demək olar ki, dayandırıldı”.

Cebhe.info-ya açıqlamasında AXCP sədrinin müavini Ehtiram Mehtiyev belə deyib. E.Mehtiyev qeyd edib ki, Ermənistanla Azərbaycan arasında aprel ayından başlayan və indiyə kimi davam edən gərginlik isə "islahat" sözü ilə başlayan cümlələri belə unutdurdu:

“Hakimyyətin islahat adı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının adının dəyişdirərək, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası qoyması və Milli Təhlükəsizlik Nazirliyinin yerində Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti adlı strukturun yaradılması islahat deyildi. Ad dəyişmə xarakterində olan bütün islahatların heç bir nəticə vermədiyinə hər kəs şahiddir. Görünür ki, prezident komandasında islahat aparmağa ehtiyat edir. Çünki komandadan bir nazirin istefası hakimiyyət piramidasının sökülməsinə gətirib çıxara bilər. Bu isə hakimiyyətin çöküşü deməkdir. Digər tərəfdən, prezident bəzi nazirləri cəzalandırsa belə, Azərbaycanda vəziyyət dəyişməz olaraq qalacaq. Bir müddət əvvəl təhsil nazirinin dəyişməsi gördüyümüz kimi nəticəyə təsir etmədi. Bu dəyişiklik təhsilin nə keyfiyyətini dəyişdi, nə də dərsliklərdəki nöqsanlar aradan qaldırdı. Necə deyərlər, toplananların yeri dəyişsə də cəm dəyişmədi. Azərbaycanda müsbət dəyişiklik olması üçün ilk növbədə sistem dəyişməlidir, çox ciddi siyasi, sosial və iqtisadi islahatlar aparılmalıdır. Lenin demişkən: "Əgər çar Nikolayı öldürsəm, yerinə Andrey gələcək və daha betərini edəcək. Heç nə də dəyişməyəcək. Yaxşısı çarın bütün qurluşunu dəyişməkdir". Nəticə də bizə məlumdur”.

Mənsur





Həftənin ən çox oxunanları