Yuxarı

Əli Kərimlinin gizli əlaqələri ifşa olunur

Əli Kərimlinin gizli əlaqələri ifşa olunur

Rauf Arifoğlu: “O zaman əldə etdiyi gəlirlər hesabına xaricdə öz biznesini qurub”

Qüdrət Həsənquliyev: “O, tələbəlik dövründən Rusiyanın agenti olub”

Bu günlərdə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun Modern.az-a verdiyi müsahibəsində “Yurd” sədri Əli Kərimli haqqında səsləndirdiyi fikirlər bir daha adamı dərindən düşünməyə vadar edir. Düşünürsən ki, doğrudanmı özünü demokratiya, insan haqları, plüralizm, söz və fikir azadlığı carçısı, guya həyatını bu mübarizəyə həsr edən adam kimi təqdim etmək belə asandırmı? Doğrudanmı canfəşanlıq göstərməklə xalqın gözünə kül üfürmək mümkündür? Niyə bu insanlar anlamır ki, nə əkirsən, bir gün biçəcəksən?

Uzun illər AXC, daha sonra isə AXCP üzvü kimi fəaliyyət göstərən bir şəxs kimi Əli Kərimli haqqında deyilənləri analiz edib və bu keçən prosesləri göz önünə gətirdikcə deyilən faktlara inanmaqdan başqa çarə qalmır. Bu adam doğrudan da hərəkata və müxalifət daxilinə atılmış bir şəxsdir ki, onun vasitəsi ilə lazım gələndə müxalifəti öz istədikləri kimi idarə etsinlər və nəticə kənardan idarə edən qüvvənin xeyrinə olsun. Bunun üçün Əli Kərimlinin 1994-cü ildən həyata keçirdiyi siyasətə az da olsa diqqət etmək yetərlidir. Əli Kərimli hər zaman həlledici məqamlarda elə addımlar atırdı ki, nəticədə nəinki müxalifət, cəmiyyət də əziyyət çəkməli olurdu. Əli Kərimli xisləti ilə daha yaxından tanış olan insanlar, o cümlədən R.Arifoğlunun və digərlərinin açıqlamalarına baxdıqda bir daha görürsən ki, o nəinki iqtidarla iş birliyində olub, həmçinin xarici kəşfiyyatla də əlaqələri ilə bağlı deyilənləri təsdiq etməkdən başqa çarən qalmır.

Əbülfəz bəy dedi...

Rauf Arifoğunun müsahibəsində Millii Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyi Kələkidə ziyarət edərkən Əli Kərimli haqqında dediklərinə diqqət yetirək: “Mərhum Əbülfəz bəy dedi:

“Əli Kərimlinin bir əlindən mən tutmuşam, bir əlindən də hökumət. Mənə kömək edin ki, Əli Kərimlini iqtidar əlimdən alım, aparmasın”. Arifoğlu da mərhum Elçibəyin bu dediklərini nəzərə alaraq “biz də ağlımız kəsən qədər Əbülfəz Elçibəyə kömək edirdik. Aydın olmuşdu ki, Əli Kərimli 1995-ci ildə anlaşmaya gedərək, Milli Məclisə deputat seçilib. Hökumət AXC-nin gerçək liderini Kələkidən buraxmırdı, amma onun ikinci simasını deputat edirdi, imkan yaradırdı ki, təşkilatı tam ələ keçirtsin. Kor-kor, gör-gör - bu, bir anlaşma idi. Biz o zaman Əli Kərimli və bir neçə adamını hakimiyyətə satılmağa görə ittiham edirdik”, - deyir.

Əli Kərimli ilə münasibətlərinin tarixinə toxunan Rauf bəy deyir ki, münasibətlərimizin pisləşməsi 1997-98-ci illərdən başlayır. O zaman “Yurd” lideri Rauf bəylə qardaşı Azərdən prokurorluğa şikayət edib onları həbs etdirmək istəyirdi. Səbəb isə “Yurd” liderinin xarici kəşfiyyatdan iki milyon dollar alması haqqında yazılar olub.

Bu o zamanlar idi ki, Əli Kərimlinin müxalifət düşərgəsində kifayət qədər parlaq dövrü idi və onun nəzarətində xeyli sayda QHT fəaliyyət göstərirdi. Və Kərimli bu təşkilatlar vasitəsi ilə xarici donorlardan böyük həcmlərdə qrantlar alırdı. Əldə edilən qrantların demək olar ki, böyük miqdarını özünə götürürdü və layihələri icra edənlərə isə qəpik-quruş verirdi. İndi həmin QHT-lərin adını çəkməyə lüzum yoxdur. Çünki zaman keçdikcə həmin QHT rəhbərləri Əli Kərimlinin bu oyununda iştirak etmək istəmədilər və hətta təşkilatdan uzaqlaşmalı oldular. Onlar yaxşı başa düşürdülər ki, bir gün gələcək bütün bu işlərin üstü açılacaq. “Yurd” lideri bu gün məhz o zaman əldə etdyii milyonlar hesabına yaşayır. O öz milyonlarına qovuşmaq üçün xaricə getməyə can atsa da, hakimiyyət onun niyyətini bildiyindən ona pasport vermir. Ancaq o xarici banklarda yatırdığı milyonlardan əldə etdiyi depozit hesabına yaşayır.

Onu da qeyd etməliyik ki, Kərimli o zaman əldə etdiyi bu gəlirlər hesabına xaricdə öz biznesini qurub. Məhz onun nəticəsidir ki, bu gün Əli Kərimlinin Türkiyədə biznesi var. Hazırda onun biznesinə Kərimliyə yaxınlığı ilə seçilən Fuad Mustafayev və Cavid rəhbərlik edir. O Türkiyədəki ofisi vasitəsi ilə Rusiya və Türkmənistanda da biznes əlaqələri qurub. Bir məqamı da xüsusi ilə qeyd etmək lazımdır ki, bu o illər idi ki, müxalifət liderləri təqib olunsa da, Əli Kərimliyə “yaşıl işıq” yandırılmışdı. O guya deputat kimi seçicilərlə görüş adı altında respublikanın bögələrində hakimiyyətə qarşı açıq kampaniya aparırdı. Yəni Rauf bəyin dediyi kimi zaman keçəndə və proseslərə nəzər salanda adamda bir daha yəqinlik yaranır ki, “Yurd” liderinə bu şəraiti təsadüfən yaratmayıblar. Məhz hakimiyyətin xeyir-duası hesabına “Yurd” lideri respublikanın bütün bölgələrində rahatca getdiyi halda, digər müxalifət liderlərinə imkan verilmirdi. Düşündükcə ortaya yetərincə suallar çıxır. Məhz hakmiyyətlə anlaşmanın nəticəsi idi ki, maliyyələşdirdiyi kifayət qədər KİV orqanı fəaliyyət göstəriridi.

Bu KİV orqanlarının əsas işi Əbülfəz Elçibəyə və digər müxalifət liderlərinə qarşı “qara piar” kampaniyası aparıb müxalifəti parçalamaq və zəiflətmək idi. “Yurd” liderinin bu pozuculuq fəaliyyəti elə bu gün də davam edir. O hakimiyyətdəki və xaricdəki dostlarının dəstəyi bu gün Azərbaycandakı proseslərə öz destruktiv rolunu oynayır. Onun son üç ildə fəaliyyətinə nəzər salmaq yetərlidir. Sadəcə, xronoloji ardıcıllıqla məsələləri yada salmaqla onun hərəkətlərinə və başlanan proseslərin uğursuzluğa düçar olmasının səbəbini aydınlıq gətirmək olar.

O, dağıdıcılıq funksiyasını yerinə yetirdi

2010-cu ildən sonra geniş müxalifət düşərgəsini özündə əks etdirən İctimai Palataya, daha sonra 2013-cü ildə prezident seçkiləri öncəsi yaradılan Milli Şura və onun fəaliyyət xronologiyasına baxmaq yetərlidir. Hansı ki, o Milli Şura adından 2015-ci ildə parlament seçkilərində istifadə edərək müxalifət düşərgəsində öz dağıdıcılıq funksiyasıı yerinə yetirdi. Onun ən son hoqqabazlığı isə aprel ayında Qarabağ cəbhəsindəki “dördgünlük” müharibə zamanı oldu.

O bu dəfəki destruktiv fəaliyyəti ilə cəmiyyətdə milli maraqlar naminə siyasi qüvvələrin bir araya gəlməsini gözdən salmağa cəhd etdi. Bütün bunlar bir daha onu sübut edir ki, Əli Kərimli xaricdəki Azərbaycanı sevməyən qüvvələrlə işbirliyindədir. Nə zaman Azərbaycanda həlledici mərhələ yetişməyə başlayırsa, prosesi uğursuzluğa düçar etdirməkdən ötəri Ə.Kərimli dövriyyəyə buraxılır. Çüni o bu işin öhdəsindən uğurla gələ bilir. Bu fikrimizi isə Əli Kərimlini daha yaxından tanıyan və uzun müddət dostluq etmiş, bir təşkilatda çiyin-çiyinə fəaliyyət göstərmiş, millət vəkili Qüdrət Həsənquliiyevin bir neçə ay bundan öncə mediyaya verdiyi müsahibəsi ilə təsdiq edə bilərik.

Q.Həsənquliyev həmin müsahibəsində Kərimlinin Rusiyanın agenti olması haqqında fikirləri yer alır. Q.Həsənquliyevin irəli sürdüyü arqumentlərə isə inanmamaq olmur.

Çünki millət vəkili prosesləri elə xiırdalığınadək izah edirk ki, insan da zərrə qədər də olsun şübhə yeri qalmır:

O, Rusiyanın agenti idi

Q.Həsənquliyev tarixə ekskurs edərək bildirir ki, Əli Kərimli hələ 1980-ci illərin sonundan - tələbəlik dövründən Rusiyanın agenti olub:

“1989-cu ildə tələbə olduğum zaman Rəhim Qazıyev, Nemət Pənahlı və Əli Kərimli “Şmit” zavodunda yaradılan Müdafiə Komitəsinin üzvü idilər. Onlar 20 yanvarda SSRİ ordusunun Bakıya daxil olmasının qarşısını almalı, şəhərin giriş-çıxışında qurulan barrikadalara bir növ nəzarət etməli idilər. Qanlı hadisələrin ertəsi günü gün biz tələbə yoldaşlarımızla maraqlanırdıq. Baxdıq ki, Əli Kərimli yoxdur. Yanvarın 21-də Əli Kərimli meydana çıxdı. Ona yataqxanada sual etdim ki, yanvarın 20-də harada idin. Çünki həmin vaxt Kərimlinin Müdafiə Komitəsinin üzvü olduğuna dair vəsiqəsi “Krasnaya Zvezda” qəzetində çap olunmuşdu.

Qəzetin Moskvada çap olunduğunu nəzərə alsaq, bu vəsiqənin surətinin sürətlə Moskvaya kim tərəfindən göndərilməsi maraqlı idi. Çünki qəzetdə əsaslandırılırdı ki, Bakıda orduya müqavimət olub, Müdafiə Komitəsi yaradılıb, Əli Kərimli də onun üzvlərindən biri olub. Həmin vaxt Əli Kərimlinin yaxını və qohumu olan Rahim Hacıyev avtomobillə köşkləri gəzib “Krasnaya Zvezda” qəzetini yığırdı ki, qəzet əhali arasında yayılmasın. Biz də Əli Kərimliyə sual etdik ki, sən axşam harada idin, necə oldu ki, vəsiqən sovet ordusunun mətbuat orqanında çap edilib. O da dedi ki, gecə onu rus əsgərləri tutub, indiki Nəqliyyat Nazirliyinin yanında bir yerdə saxlayıblar..... və guya rus əsgərləri yoxlanış apardıqdan sonra vəsiqəni taparaq komendaturaya verir. Bu, absurd əsaslandırma idi.”

Q.Həsənquliyev daha sonra bildirir ki, BDU-nun 80 illiyi ilə bağlı kitab buraxılıb və siz orada fotoları görə bilərsiniz:

“Əli Kərimli universitet üzrə komsomolun büro katibi idi. KQB-nin də universitetdə şöbəsi var idi. Əli Kərimli Mirabbas Qasımovun adamı idi. Mirabbas müəllim rektor idi və Mütəllibova yaxın idi. Universitetdə komsomolun katibinin xalq hərəkatına qoşulması təsadüfi deyildi. Biz bunu sonradan təhlil edəndə belə nəticəyə gəldik. Sizə daha bir fakt deyə bilərəm... 1991-ci il aprelin 27-də biz BDU-nun AXC təşkilatının İdarə heyəti olaraq qərara aldıq ki, Azərbaycanın işğalı günü kimi aprelin 27-ni qeyd edək....

Həmin qərarımıza görə Əli Kərimli bizə dedi ki, siz təxribatla məşğulsunuz, ölkədə sabitliyi pozmaq istəyirsiniz. Biz də buna məəttəl qaldıq.... Bir gün Qəzənfər Əhmədov mənə dedi ki, Əli Kərimli AXC sıralarından istefa edir və ərizəsini mənə verib. Mən də soruşdum ki, o, növbəti iclasa gələcək, ya yox? Qəzənfər bəy də dedi ki, bilmirəm. Aprelin 27-də tədbirdən sonra, mən yüz faiz əminəm ki, ona tapşırıq verilmişdi ki, AXC-yə qayıt. Əli Kərimli heç nə olmamış kimi gəlib İdarə Heyətinin iclasında oturdu. Mən gördüm ki, iclasda əyləşib, onu hərəkətinə görə danladım.

Hətta İbrahim Vəliyev ona dedi ki, sizin bu hərəkətinizin bir adı var-fərarilik. Hamının gözü qarşısında mən onun AXC-dən istefa ərizəsini cırdım, dedim ki, belə qəbul edək ki, sən bunu yazmamısan, biz də görməmişik. Beləcə, Əli Kərimli fəaliyyətini davam etdirdi. Mən indi bu prosesləri təhlil edəndə görürəm ki, o, istefa ərizəsi yazandan sonra iclasa elə-belə gəlməyib. Onu universitet rəhbərliyi təkrar təşkilata göndərmişdi. Hansı ki, 27 aprel tədbiri ilə bağlı bizi şəxsən rəhbərlik qəbul etdi, hədə-qorxu gəldi ki, tədbir olsa, sizi universitetdən qovacağıq.

Sözüm ondadır ki, sonradan Əli Kərimli Milli Şurada rol oynadı, Cəmil Həsənli də onunla oldu. Hətta Putinə məktub yazıb onu demokrat kimi təqdim etdilər. Putinə hazırladıqları məktub mətbuatda dərc edildi. Əli Kərimli bu gün maliyyəni Qərbdən alsa da, onun Rusiyaya işləməsini düşünməyə ciddi əsaslar var. Məsələn, Əli Kərimlinin Qənimət Zahidi pul üçün Rusiyaya göndərməsi. Və ya Qənimət Zahid Cənubi Azərbaycandan yazırdı, Əbülfəz Elçibəyin yanında idi. Onun İrana göndərilməsi anlaşılan deyildi. Ona görə deyirəm ki, Əli Kərimlinin sovet vaxtından KQB-yə işləməsi ilə bağlı ciddi əsaslar var”.

Razi Nurullayevlə bağlı məlumatı Rusiya kəşfiyyatı verib

Q.Həsənquliyev vaxtı ilə AXCP sədri Razi Nurullayevin də Əli Kərimli tərəfindən partiyadan uzaqlaşdırılması cəhdinə toxunaraq bildirir ki, Razi Nurullayevlə bağlı məlumatı Əli Kərimliyə Rusiya kəşfiyyatı verib:

“Mən bunu oxuyanda dərhal düşündüm ki, Əli Kərimli ABŞ və Britaniya səfirliyinin adını çəkirsə və özü də bilir ki, Razi Nurullayev bu haqda mətbuata danışacaq, deməli, böyük ehtimalla ona məlumatı Rusiya kəşfiyyatı verib. Razi Nurullayevlə bağlı deyiblər ki, bu, milli düşüncəli şəxsdir, ondan ehtiyatlı ol. İstisna etmirəm ki, Əli Kərimli müavinlikdən çıxardığı şəxsin mətbuatda bu haqda danışacağını bilməmiş deyildi.

Nə vaxt ki, Rusiya ilə indiki iqtidarın münasibətləri yaxşıdır, Əli Kərimlidən Rusiya kəşfiyyatı öz xeyrinə istifadə edəcək. Baxın, 2005-ci ildə müxalifət mitinqlər keçirirdi. Hansı ki, bu aksiya hökumətə lazım deyildi. Həmin vaxt Əli Kərimli oturaq aksiya qərarı verdi, başına bir dubinka vurulan kimi də meydandan götürüldü və bununla da aksiyalar dayandırıldı. Deyim ki, onun radikallığı da icazə verilən radikallıqdır, sadəcə o, hakimiyyətə sərf edir deyə oturub orada”.

Artıq bu fikirlərdən sonra nə deməyə, nə də yazmağa söz qalmır. Elə bu fikirlər Əli Kərimlinin kim olduğunu tanımağa yetər.

Ərtoğrul





Həftənin ən çox oxunanları