Yuxarı

“VQŞ ilə bağlı sənədlər dövlət qurumlarına göndərilib”

“VQŞ ilə bağlı sənədlər dövlət qurumlarına göndərilib”

“Siyasi partiyalarən, ictimai təşkilatların nümayəndələri, ziyalılarla görüşlərimiz davam edir. Artıq 50-yə yaxın görüşümüz baş tutub. Mütləq əksəriyyət Vahid Qərar Şurasını dəstəkləməklə bərabər, iştiraklarını da bəyan ediblər. Digərləri isə dəstəklədiklərini, iştirakla bağlı düşündüklərini və ya təşkilat rəhbərləri ilə müzakirə edib qərar verəcəklərini bildiriblər”.

Bunu Cebhe.info-ya açıqlamasında AXCP-nin sədr müavini Cavid Musazadə Vahid Qərar Şurası ilə bağlı görülən işlərdən danışarkən deyib. O qeyd edib ki, artıq VQŞ ilə bağlı təklif tanışlıq məqsədilə aidiyyatı dövlət qurumlarına göndərilib:

“Biz artıq psixoloji baryeri aşmışıq. Vahid Qərar Şurasının yaradılması baş tutacaq. Eyni zamanda AXCP sədri Razi Nurullayev Fransa səfirliyində görüşdə də Vahid Qərar Şurasını müzakirə edib. Vahid Qərar Şurasını səfirliklərə, beynəlxalq təşkilatlara təqdim etmək niyyətimiz də var. Vahid Qərar Şurası olduqca vacib, zəruri qurum olacaq. Qarabağ münaqişəsinin həllində bu eyni zamanda hakimiyyətin, dövlət başçısının da qərarlarda manevr etməsinə və qərarın cəmiyyət tərəfindən normal qarşılanmasına, çatlaq səslərin çıxmasına əngəl olacaq. Bu məsələdə iqtidar, müxalifət, xalq birliyinin vəhdətini təşkil etməyi planlaşdırırıq. Ümid edirik ki, dövlət tərəfindən Vahid Qərar Şurası normal qarşılanacaq, iştirak və ya təmsilçilik həyata keçiriləcək. Biz artıq Vahid Qərar Şurası təklifi ilə tanış olmaq üçün dövlət orqanlarına, müvafiq nazirliklərə və Milli Məclisə sənəd təqdim etmişik”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları