Yuxarı

AXCP sədrinin müavini: “Şiddətdən ittifaq doğacaq”

AXCP sədrinin müavini: “Şiddətdən ittifaq doğacaq”

“Türk dünyası ilə xristian dünyası arasında bir qlobal qarşıdurma var. Bu məsələdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın islama meylli rəhbər olmağının da müəyyən təsiri görünür”.

Cebhe.info xəbər verir ki, bu sözləri AXCP sədrinin müavini Cavid Musazadə deyib. C.Musazadə qeyd edib ki, problem modern islamla müstəmləkəçi xristianlar arasında inkişaf etməkdədir:

“Dünyanın ənənəvi idarəçiləri modern islamın hakimiyyətini həzm etmədikləri üçün güc mərkəzi formalaşmasın deyə hər vəchlə modern Türkiyə və multikulturalist Azərbaycanın inkişaflarının qarşısını almaq üçün təzyiqlər edirlər. Bu məqamda hətta Rusiya ilə Qərbin maraqları uzlaşır. Türk dünyasına yönəlik bu təzyiq təbii ki, türk millətinin əzmini sındıra bilməyəcək. Təsir əks-təsirə bərabər olduğuna görə türk millətində bir milli oyanışın hər şeyi üstələdiyinin şahidiyik. Qərbin Türk dünyası üzərinə həyata keçirdiyi psixoloji hərəkat əslində hər addımında türkü türkə yaxınlaşdırır. Şiddətdən ittifaq doğacaq. Türk dünyasının birliyi, sistemləşməsi yolunda Türkiyə və Azərbaycan hökumətləri birgə planlar həyata keçirməlidir. İlk növbədə Türkiyə-Azərbaycan, daha sonra Orta Asiya dövlətlərini birləşdirən dövlətlərarası strateji müqavilələr üzərində çalışmağın zamanı yetişib”.

Mənsur





Həftənin ən çox oxunanları