Yuxarı

AXCP sədri: "Hakimiyyətə gəlmək istəyən və hakimiyyətdə qalmaq istəyən partiyalar arasında..."

AXCP sədri:

"Türkiyədə dövlətçilik ənənələri çox güclüdür. Əgər hərbi çevriliş baş tutsa idi, CHP və MHP-nin də taleyi tükdən asılı qalacaqdı. Ola bilsin ki, CHP və MHP bağlanacaqdı. Tarixdən də görürük ki, hərbi xuntalar hakimiyyəti ələ keçirəndə uzun müddət hakimiyyəti əldə saxlayırlar və digər siyasi partiyaların fəaliyyətinə qadağa qoyurlar".

Bu sözləri Ölkə.Az-a AXCP sədri Razi Nurullayev deyib.

AXCP sədri bildirib ki, müxalif partiyaların hərbi çevriliş edənlərə dəstək verməməkdə haqlı idilər. Əgər dəstək versələr özləri də əzab çəkənlər, bağlanan partiyalar arasında olacaqdılar.

Razi Nurullayev: "Bu yaxınlarda MHP, CHP və AKP liderlərinin prezident Ərdoğanla görüşündə müsbət nəticələr ortaya çıxdı. İqtidarla müxalifət hərbi çevrilişi dəstəkləmədikləri barədə anlaşdılar. Bu görüş o demək deyil ki, iqtidarla müxalifət arasında buzlar əridi. Bu mümkün deyil. CHP kifayət qədər hakimiyyətə gəlməyə iddialı partiyadır. Hakimiyyətə gəlmək istəyən və hakimiyyəti əlində saxlamaq istəyən partiyalar arasında normal münasibətlər ola bilməz. Həmin tənqidlər davam edəcək. Hələ istintaq müddətidir, hərbi çevrilişin təzahürləri tam aradan qaldırmayıb. Ölkə normal siyasi məcraya yönələndən sonra CHP hərbi çevriliş zamanı və ondan sonrakı müddətdə hərbi çevrilişi yerinə yetirmək istəyən insanlara qarşı, 10 minlərlə insanın işdən çıxarılması ilə bağlı araşdırmalar aparıb çox ciddi faktlar ortaya qoyub, tənqid edəcək. Bunlar baş verdikdən sonra CHP ilə AKP arasında münasibətlər yenidən gərginləşəcək. Onlar biri müsbət, biri isə mənfidir. Biri hakimiyyətə gəlmək istəyir, digəri isə hakimiyyəti əlində saxlamaq istəyir.

Artıq Türkiyə üçün bəzi şeylər aydınlaşdı. AKP bu prosesdən nə qədər güclü çıxsa da, eyni zamanda müxalifət tərəfi də güclənib. Gələcək seçkilərdə CHP-nin şansı daha çox ola bilər. Türk əsgərinin alçaldılması yaxşı qarşılanmadı. Bir çox insanlar inanır ki, vaxtında kəşfiyyat məlumatları olub, bunu hakimiyyət bilib, ancaq qarşısını almayıb. Zamanla belə bir versiya da ortaya atılacaq ki, konstitusiyaya dəyişiklik üçün iqtidara belə bir proses lazım idi və bu proses də baş verdi. Türkiyə Cümhuriyyətinin Anayasasını dəyişdirmək üçün ciddi bir zəmin yaranıb. Artıq müxalifət Ərdoğana qarşı ciddi əsaslar və dirəniş ortaya qoya bilməyəcək".





Həftənin ən çox oxunanları