Yuxarı

Əli Kərimli-Gülən ilişgiləri üzə çıxır

Əli Kərimli-Gülən ilişgiləri üzə çıxır

Bağlanan TV-lər arasında “Azərbaycan saatı”nın yayınlandığı “Barış” TV də var

Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevrilişə cəhddən sonra bu ölkədə başlayan nurçu əməliyyatları “Yurd” sədri Əli Kərimlidən də yan keçmədi. Türkiyə hökumətinin siyasi, hərbi və ictimai sektordakı fətullahçı terror təşkilatı FETÖ tərəfdarlarını təmizləmə əməliyyatları Əli Kərimlinin televiziya məkanına çıxan yeganə yolunu da bağladı. Belə ki, Türkiyədə bağlanan 16 fətullahçı telekanal arasında “Yurd”un “Azərbaycan saatı”nın yayımlandığı “Barış” TV də var. Bu səbəbdən proqram artıq efirdə olmayacaq.

Proqramın qurucusu və aparıcısı Qənimət Zahid yaranmış vəziyyətə aydınlıq gətirib. Q.Zahid bildirib ki, “Barış” TV-dən başqa bağlanılan bütün telekanal və digər media qurumlarının hamısının Fətullah Gülənə dəxli var.

Qara məni basınca, qoy qaranı mən basım

Qənimət Zahidin məsələyə münasibəti gülüş doğurur. Bu, imtahandan kəsilən övladını müdafiə edən valideynin “Yaxşı yazmışdı, amma kodlaşdırmada səhv edib”, təsəllisinə oxşayır. Valideyn bilir ki, imtahandan kəsilmiş övladı üçün “savadsız idi”, “onda o baş hanı?”, “tökülən pullara heyif oldu” kimi ittihamlar olacaq, buna görə də məsələni savadsız övladının beynində yox, “məsuliyyətisliyində” həll edir. Yəni, qara məni basınca, qoy qaranı mən basım. Şübhəsiz ki, Qənimət Zahid də, Əli Kərimli də başa düşür ki, “Azərbaycan saatı”nın bağlanması bu proqramın yayımlanması üçün suyun hansı mənbədən axıdılmasının axtarışına çıxılacaq. Əlbəttə özlərini müdafiə üçün tutarlı arqumentləri olmadına görə, cılız fikirlərlə məsələnin üzərindən keçməyə çalışırlar. Zatən, buna qədər “Yurd”un hansı mənbələrdən maliyyələşdirilməsi haqqında ortada bilinən faktlar vardı.

Etiraf etmək lazımdır ki, ABŞ və Avropanın bütün pul qoxusu gələn fondlarında Əli Kərimlinin ayaq izlərinin olması faktları barədə danışılsa da, Fətullah Gülən ağıla gələn faktor deyildi. Ən azından ona görə ki, Fətullah Gülənlə Əli Kərimlini biri-birindən ayıran məzhəb var. “Yurd” sədri İranın siyasi şiəliyinin nümayəndəsi, FETÖ lideri isə nurçu, yəni biri ayətullah, biri də Səid Nursi ümməti... Və buradan belə məntiq çıxır ki, Əli Kərimli maraqları üçün Şeytanla da sövdələşməyə gedəcək tipdən bir adamdır. “Harada pul, orda Əli Kərimli”, tezisi artıq cəmiyyət arasında bir deyimə çevrilib. Fətullah Gülənin də sərhədsiz maliyyə imkanlarının olmasını nəzərə alsaq, Əli Kərimlini “ağlayan adam”a hansı tellərin bağladığını anlamaq o qədər də çətin tənlik deyil.

Oğul Kərimlinin Vaşinqton səfərinin arxasındakı iz

Nə təsadüf ki, Türkiyədə Fətullah Gülən şəbəkəsi ətrafında gərgin anların yaşadığı vaxt Əli Kərimli oğlu Türkel Kərimlini ABŞ-a göndədir və onun Vaşinqtonda bir sıra siyasətçi, zəngin iş adamları ilə görüşünü təşkil edir. Müəmmalı səfərin özü də ortaya bir sıra maraqlı məqamlar çıxarır. Səfərdən çıxan məntiq budur ki, Əli Kərimli “Azərbaycan saatı”nın yayımlandığı “Barış” TV-nin bağlanacağını əvvəldən bilirdi və Türkel Kərimlini də Vaşinqtona Güləndən yeni efir məkanı alması üçün göndərib. Efir vaxtı o telekanallarda veriləcək ki, həmin TV-lər birbaşa yox, dolayısıyla Gülənin əlindədir və fəaliyyətlərini davam etdirirlər. Nəzərə alsaq ki, Türkel Kərimli ABŞ-ın QHT sektoruna daxil olan maliyyə fondlarında görüşlər keçirib və Fətullah Gülənin də zəngin iş adamı kimi həmin fondlarda təmsil olunur, demək ki, Əli Kərimli Fətullah Güləndən ona çatası olan maddi vəsaitləri alması və “Azərbaycan saatı”na görə efir alması üçün bu addımı atıb. Niyə məhz Türkel Kərimlini göndərməsinə gəlincə, sözsüz ki, bu “Yurd” sədrinin iz azdırmasına xidmət edir. Təşkilatında Vaşinqtona göndərə biləcəyi başqa adamlar da vardı. Lakin həmin adamların okeanın o tayına getməsi şübhə oyada bilərdi. Türkel Kərimlinin isə yaşı azdır və özünü siyasətdə göstərməyib, təcrübəsi də yoxdur, bu baxımdan oğul Kərimli şübhələri rahatlıqla azdıra bilər.

Mənsur





Həftənin ən çox oxunanları