Yuxarı

AXCP sədr müavini: “Mitinqdə itirən xalq, qazanan Əli Kərimli olacaq”

AXCP sədr müavini: “Mitinqdə itirən xalq, qazanan Əli Kərimli olacaq”

“Elə bilməyin ölkədə baş verən bu qədər özbaşınalığa müxalifət cəbhəsi olaraq susuruq. Ramiz Rövşən demişkən, "təpədən dırnağa hirs içindəyik". Zamanında özlərini müxalifət lideri hesab edən siyasi əlillər bu xalqın müxalifətə olan inamını məhv etdilər. Bu sükutu pozmaq üçün ilk növbədə müxalifətə ac-yalavac, işsiz, çarəsiz baxan xalqı inandırmağa və xalqla müxalifət münasibətlərini bərpa etməyə çalışmalıyıq. Bu münasibətlərin isə cəmiyyətdə formalaşması hər iki tərəfə sıx bağlı məsələdir”.

Bunu Cebhe.info-ya açıqlamasında AXCP sədr müavini Ehtiram Mehtiyev deyib.

Sədr müavini bildirib ki, xalqın etimadını qazanmaq, münasibətləri normallaşdırmaq üçün sivil yolla mübarizə aparmaq vacibdir:

“AXCP-də təmsil olunan fədakar cəbhəçilər tez-tez niyə etiraz aksiyaları keçirmədiyimizlə bağlı suallar verirlər. Biz dəyərli üzvlərimizin bu fədakarlığını çox gözəl anlayırıq. Bu hakimiyyətin amansız olduğunu illərdir aksiyalarda görmüsünüz. Siyasi əlillərin mitinq, aksiya təşkil etməklə fədakar üzvlərini həbsə atdırıb, özlərini toxunulmaz lider hesab edib, siyasi xal qazandığını hər kəs yaxşı bilir. Biz bu cür müxalifət olmaq niyyətində deyilik. 20 ildən çoxdur ki, bu cür “mübarizə”nin heç bir nəticəsi olmadığının şahidiyik. Biz sayğıdəyər üzvlərimizi hakimiyyətin şərinə qurban verib, həbsə atdırmaqla xaricdən qrant yemək istəmirik. Biz müxalifətə dəyərli və sevgidəyər bir vətəndaş kimi baxırıq. Xalqın müxalifətə münasibətinin normal olmasına nail olmaq üçün birlikdə sivil yolla mübarizə aparıb bu hakimiyyəti dəyişəcəyik”.

“Yurd”un mitinq qərarına da toxunan E.Mehtiyev bunun sadəcə bir oyun olduğunu vurğulayıb. O bildirib ki, belə qərarların mənfi nəticələri zamanında görünüb:

“Yurd”un verdiyi mitinq qərarı da sadəcə bir oyundur. Fəaliyyətini göstərmək üçün Əli Kərimlinin bu cür addımlar atmağa ehtiyacı var. Hər zaman fədakar cəbhəçiləri öz şəxsi maraqlarına qurban verən Əli Kərimli yenə də öz xislətindən əl çəkmir. Bu mitinq əgər baş tutarsa, yenə də bir neçə nəfər Kərimli maraqlarının qurbanına çevriləcək. Əli Kərimli isə öz növbəsində mənşəyi bilinməyən xarici təşkilatlardan bunun müqabilində “mükafat” alacaq və nəticədə şəxsi büdcəsini artıracaq. Proseslərə nəzər salsaq görərik ki, bu günə keçirilən bütün etiraz aksiyalarından heç bir nəticə əldə olunmayıb. Hər mitinqdə isə iştirakçıların sayı 70-80 faiz nisbətində azalır. Bu dəfə də eyni hal baş verəcək. Mitinqdə iştirak edən bir neçə “yurdçu” olacaq, onların da bir neçəsi həbs olunacaq. Hər zaman olduğu kimi yenə də itirən xalq, qazanan isə Əli Kərimli və havadarları olacaq.”

Vilayət Muxtar





Həftənin ən çox oxunanları