Yuxarı

AXCP Gənclər Komitəsi və Qadınlar Şurası yaradır

AXCP Gənclər Komitəsi və Qadınlar Şurası yaradır

Rafiq Daşdəmirli: “Partiyaya üzvlük üçün müraciət edənlərin sayı artıb”

“Azərbaycan Xalq Cəbhəsi Partiyası xalq hərəkatından,xalqın istəyindən yaranan bir təşkilatdır. Bu partiyanın əvəzsiz lideri Əbülfəz Elcibəy olub. Elçıbəy yolu müstəqil, bütöv Azərbaycan yolu idi. Azərbaycanda demokratik ənənələrə sadiq, yeni dövrmüzdə ən qocaman partiya AXCP-dir”.

Bunu “Cümhuriyət”ə açıqlamasında AXCP funksioneri Rafiq Daşdəmirli deyib.

R. Daşdəmirli qeyd edib ki, partiyaya üzvlüklə bağlı edilən müraciətlərdə partiya nizamnaməsi əsas tutulur:

“Partiyada təşkilatlanma hər zaman demokratik və uğurla həyata keçirilib. Hamımızın bildiyi kimi, partiya qurultaya qədər və ondan sonra da demokratik əsaslara və nizamnaməyə uyğun olaraq üzvlük məsələlərinə önəm verib. İdarəçilik prinsiplərinə görə digər partiyalardan fərqlənirik. Hər zaman belə olub, partiyaya gələnlər olduğu kimi, gedənlər də olur. Çalışırıq ki, həm üzvlərin qəbulunda, həm də gedənlərlə bağlı partiya nizamnaməsinə uyğunluq heç vaxt pozulmasın”.

AXCP yetkilisi deyib ki, partiya quruculuğu və ümumilikdə partiyanın fəalliyyəti normal şəkildə davam edir:

“Respublikamızın əksər rayonlarında AXCP-nin rayon şöbələri fəaliyyət göstərir. Mütəmadi olaraq Bakı və işğal altında olan rayon şöbə sədrlərinin iclasını keçiririk. Bu günlərdə nüfuzlu ziyalılardan Kamran Mirzə, Namiq Hacıheydərli və Bəxtiyar Əsğərov, tanınmış ilahiyyatçı Tural İrfan, sosioloq Kamil Bədəlov, hüquqşünas İlkin Məmmədov AXCP sıralarına qəbul olunub. Bundan başqa, AXCP-nin Ağdam rayon şöbəsini yenidən qurduq. Gündəlik olaraq insanlar üzvlüklə bağlı partiyaya müraciət edirlər. AXCP-nin nəzdində İctimai Fikir Akademiyası faliyyət göstərir. Mütəmadi olaraq 1 ayda iki dəfə İFA-nın tədbirləri keçirilir. Çalışırıq ki, rayonlarda İFA-nın tədbirlərini təşkil edək. Bu yaxınlarda Gəncədə geniş bir tədbirimiz baş tutdu. Partiyada əksər region şöbələrinin fəaliyyəti qənaətbəxşdir. Rayon şöbələrimizdə üzvlüyə müraciət edənlər daha çoxdur. Yaxın iki ay ərzındə 50-dən çox yeni müraciətlər olunub. Yaxın zamanlarda partiyanın gənclər komitəsi və qadınlar şurasını yaratmağı planlaşdırırıq.

Öz yolumuzdayıq, heç kimə fikir vermədən partiyanın nizamnamə və məramnaməsinə uyğun olaraq fəaliyyətimizi davam etdiririk”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları