Yuxarı

“İqtidarın gözünü sərvət, müxalifətin gözünü “mənəm-mənəmlik” tutub”

“İqtidarın gözünü sərvət, müxalifətin gözünü “mənəm-mənəmlik” tutub”

“Cəmiyyətin hazırki durumu göz qabağındadır. Azərbaycanda istər iqtidar, istər müxalifət düşərgəsində siyasi mübarizə mədəniyyəti yox dərəcəsindədir. Böyük Rəsulzadə idarəçiliyi müdrük kəlamında belə ifadə edirdi: “Dövlətin siyasətini açıqlamaq üçün xalqın yaşayış səviyyəsinə baxmaq kifayətdir. Azərbaycanda hansı siyasi partiya iqsadi böhranla bağlı informasiya məkanlarında xalqa çıxış yollar göstərib?”

Bunu Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) funksioneri Rafiq Daşdəmirli deyib.

İqtidar və müxalifətin cəmiyyətdə roluna toxunan AXCP funksioneri əlavə edib ki, mövcud fəaliyyət ədalətin gözünü kor edir:

“Müxalifət nədir? Müxalifətin hakimiyyətə kadrlarları ilə birgə alternativ olaraq yeni idarə sistemi olmalıdır. Hakimiyyət nədir? Hakimiyyət ədalətli idarəetmənin keşiyində dayanan və dövlətin idarə olunmasına, təhlükəsizliyinə cavabdehlik daşıyan idarəetmə sistemidir. Təəssüflər olsun ki, bunların heç biri bizim dövlətdə mövcud deyil. Bizdə müxalifət təhqir, hakimiyyət isə şantaj yuvasıdır. Dünya bizi izləyir, görür, biz isə özümüzü görə bilmirik. İqtidarın gözünü sərvət , müxalifətin gözünü “mənəm-mənəmlik” tutub. Hər ikisi də ədalətli sistemi kor edən amildir. Yeni dünya isə öz tələblərinə uyğun normal və demokratik idarəetmə istəyir. Biz bəyan edirik ki, xalqın içindəyik , yanındayıq və önündəyik. Hörmətli Razi Nurullayev AXCP-nin sədri kimi yeni, ideoloji, demokratik idarəetmə sistemini cəmiyyətdə tədbiq etmə gücündə olan, milli, dini, çağdaş dəyərlərə sadiq böyük Rəsulzadə, Elçibəy yolunun yeni lideridir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları