Yuxarı

Razi Nurullayev: "Bu uğur səmimiyyət üzərində qurulan dostluğun bir nəticəsidir"

Razi Nurullayev:

“Bu gün Cebhe.info portalının bir yaşı, "Cümhuriyət" qəzetinin isə mənim təsisçiliyimlə isə yenidən nəşrinin bir ili tamam olur. İlk öncə, hər iki media qurumunun kolleketivini bir il ərzində göstərdiyi nəticələrə və nailiyyətlərə görə ürəkdən təbrik edirəm. Portalın direktoru və "Cümhuriyət" qəzetinin baş redaktoru Rəfail Becanova xüsusi olaraq təşəkkürümü bildirirəm. Doğurdan da, bir il ərzində media bazarına girmək və özünə yer tutmaq hər kəsə nəsib olan bəxtəvərlik deyil. Amma bu bəxtəvərlik əzmkar, çalışqan və dəyərli jurnalist kollektivinin səyləri ilə hasil olub. Yarandığı iki ay ərzində cebhe.info portalı Alexa reytinq agentliyinin hesabında 25-ci yerə qədər yüksəlmişdi. Bir neçə ay üçün bunu inqilabi nailiyyət də hesab etmək olar”.

Bunu AXCP sədri Razi Nurullayev bildirib.

R.Nurullayev bildirib ki, uğurlu o sayt və qəzetdir ki, onun xüsusi, istisna təşkil edən və nadir oxucuları olsun:

“O oxucular ki, xüsusi məlumatları ancaq və ancaq səndən gözləyirlər, bəzi məlumatları səndə izləyirlər. Cebhe.info belə saytdır. Bu uğur və nailiyyət həm də səmimiyyət üzərində qurulan dostluğun bir nəticəsidir.

Önümüzdə, daha böyük arzular, istəklər və hədəflər var. İnşallah, portalın və qəzetin kollektivi hər iki media qurumunu ilk onluğa çıxarmağa nail olacaq. İlk onluqda olandan sonra, şübhəm yoxdur ki, yeni hədəflər də müəyyən olunacaq. Əsas şərt səmimiyyət, çalışqanlıq və davamiyyətdir. Səbr uğurun yarısıdır. Səbrlə və davamlı olaraq daha da əzmlə işləməkdə böyük fayda var.

AXCP olaraq, hər iki media qurumunun daha da böyüməsində maraqlıyıq. Hər iki media qurumu AXCP-nin Elçibəyçilik üzərində yenidən qurulmasından sonra olan bir il ərzində partiyaya daima informasiya dəstəyi verib və Azərbaycanda yeni nəsil siyasətçilərin və siyasətin formalaşmasında əməyini əsirgəməyib. Bu fakt özü-özlüyündə həm də bizlərin ideoloji və siyasi baxışlarımızın bir-birinə yaxın olmasıdır. Sizlər media qurumu olaraq müstəqil fikir və düşüncəyə, media siyasətinə maliksiniz.

Bununla bərabər, sizlər həm də Azərbaycanda yeni demokratiyanın formalaşmasında atdığımız addımlara damcı-damcı töhfələr verməkdəsiniz. Bu xidmətinizi də nə xalq, nə də Azərbaycan unudacaq.

Sizləri bir daha ürəkdən təbrik edir və daha böyük nailiyyətlər arzulayıram”.





Həftənin ən çox oxunanları