Yuxarı

AXCP sədri: “Referendumu dayandırmaq gücümüz yetərli olmadı”

AXCP sədri: “Referendumu dayandırmaq gücümüz yetərli olmadı”

Qərargahı Londonda yerləşən “İntellinews” dərgisində AXCP sədri Razi Nurullayevin  ingilis dilində geniş şərhi dərc edilib. R.Nurullayev referendum, seçkilər, mitinqlər və müxalifətarası münasibətlərdən danışıb. “Əfsus ki, referendumu dayandırmaq gücümüz yetərli olmadı və çox böyük ehtimalla o, baş tutmuş olacaq”,- deyə Razi Nurullayev bildirib. 

Cebhe.info xəbər verir ki, R.Nurullayev xalqın seçkilərə passiv münasibətini və inamsızılığını da geniş vurğulayıb:

“Seçicilərin inamsızlığı və seçkilərə qatılmaması da hakimiyyətin maraqlarına cavab verir. Müxalifət olaraq isə onları kütləvi seçkilərə qatılaraq ortaya iradə qoymağa vadar edə və yaxud inandıra bilmirik.

Keçirilən mitinqlərlə bağlı təbii ki, mövqeyim xalq etirazlarının keçirilməsinin lehinədir və bu, bir zərurətdir. Amma bu zərurət xalqın inamını daha da qırmağa xidmət etməməlidir.

Hələ mən bir ay öncə dərc etdiyim geniş yazımda qeyd etmişdim ki, əgər mitinqlər kütləvi olmayacaqsa və hər zamanki kimi iki mitinqlə kifayətlənəcəksə, bu, fiasko olacaq. Xalq inamını daha da itirəcək, insanlar həbs olunacaq və bir çoxlarının da gözü qorxacaq. Proses yenə də bir neçə il geriyə düşəcək. Bu, belə də oldu. İki mitinq və fiasko. Kimlərsə kiminsə qarşısında götürdüyü öhdəliyin önünə müsbət işarəsi qoydu”.

Müxalifətarası münasibələrə də toxunan AXCP sədri “Birlik olmadan, nəticə olmaz. Müxalifətin inteqrasiyasına ciddi ehtiyac var” deyə bildirib.

Şərhində Razi Nurullayev AXCP məsələsinə də münasibətini açıqlayıb: “Hər zaman dediyi kimi, nəticəsiz müxalifət başçıları siyasi səhnədən bir az kənara çəkilməlidir”.

Yazıda "Yurd" sədrinin kreslo sevdası, AXCP-nin Etimad Qurultayı da müzakirə edilib.

P.S. Daha ətraflı linkdə oxuya bilərsiniz.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları