Yuxarı

AXCP-dən BƏYANAT: “Əli Kərimlinin miqrant biznesi özünü ifşa edir”

AXCP-dən BƏYANAT: “Əli Kərimlinin miqrant biznesi özünü ifşa edir”

“Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Razi Nurullayevin sədrliyi ilə yenidən formalaşdırılmağa başladığı gündən çox ciddi, radikal dəyişiklərə gedib. Ən önəmlisi partiyan qaragüruhdan, şər-böhtandan, qaralama kampaniyalarından arınıb. Və bu kimi məsələlərdən uzaq duraraq, yalnız xalqın, dövlətin rifahına, mənafeyinə xidmət edəcək işlər görür. Lakin AXCP belə davam etdikcə, “Yurd” sədri Əli Kərimlinin yaxın ətrafı onun sifarişi ilə partiyanın üzərinə aqressiv şəkildə hücuma keçməyə başlayıb, söyüş, təhqir, böhtanlarla müşayət olunan “mübarizə” üsulu seçib. Və təbii ki, AXCP zaman-zaman bu qaragüruh ordusunun böhtanlarına cavab verməyə məcbur qalır”.

Cebhe.info xəbər verir ki, bu fikirlər AXCP-nin bəyanatında yer alıb.

Bəyanatda bildirilir ki, bu günlərdə Əli Kərimlinin qaralama, şərləmə, təhqir etmə kampaniyalarının aparıcı qüvvəsi olan azadlıq.info saytında partiya barədə həyasızcasına yalan, böhtan dolu yazı dərc edilib: “Belə ki, üzərində AXCP-nin möhürü və Əli Kərimlinin imzası olan bir sənədin fotosu paylaşılaraq bildirilib ki, guya Razi Nurullayevin partiyası miqrant alveri ilə məşğul olur, həmin sənədi xaricə getmək istəyənlərə satır. 

Birincisi, məsələyə peşəkarlıqla yanaşsaq, bu foto edilən belə ağır ittiham üçün fakt ola bilməz. Tam əsassız və qeyri-ciddi bir yazıdır.

Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, hazırda AXCP-nin möhürü Əli Kərimlinin əlindədir. Əgər bizdə möhür yoxdursa, necə kiməsə möhürlü sənəd verə bilərik? Burdan da aydın olur ki, Əli Kərimli və ətrafı illərdir məşğul olduqları miqrant biznesinin məsuliyyətindən qurtulmaq üçün belə bir qaralama, şərləmə kampaniyasına başlayıb. Öz əməllərini bizim üzərimizə atmağa çalışırlar. Hər kəsə məlumdur ki, partiyanın möhürü hər zaman ya Əli Kərimlinin özündə, ya da hazırda günahsız yerə həbsdə olan köməkçisi Faiq Əmirlidə olub. Və Əli Kərimli əslində bu fotonu paylaşaraq birbaşa öz köməkçisini zərbə altında qoyur, məsuliyyəti istənilən zaman onun üzərinə atmaq üçün öncədən tədbirlər görür.

Biz bundan sonra yalançı ittihamlara, böhtanlara qarşı susmayacaq, Əli Kərimilinin adamlarının ölkədə və Avropada miqrant biznesi ilə məşğul olmarını təsdiq edən bütün faktları ictimaiyyətə göstərəcəyik".

Bəyanata Əli Kərimovun yaxın adamı Fikrət Hüseynovun Avropadakı insan, miqrant alverini təsdiqləyən səs yazısı da əlavə edilib.IFrame