Yuxarı

“5 faiz işsizlik Nazirlər Kabinetindəkilərin qohumları nəzərə alınaraq hesablanıb”

“5 faiz işsizlik Nazirlər Kabinetindəkilərin qohumları nəzərə alınaraq hesablanıb”

"Bu gün hökumətin gözü ilə baxsaq işsizlik heç də kəskin bir problem kimi diqqəti cəlb etmir. Çünki şişirdilmiş statistik göstəriciləri gözümüzə elə soxurlar ki, yol kənarında, körpü altında gündəlik 5 manat üçün dayanan fəhlələri, avtobusda, metroda, cəmiyyətdə işsizlikdən danışan insanları, burda iş yerlərinin bolluğunu görməzdən gəlib xaricə çörəkpulu qazanmağa gedənləri, öz biznes məqsədlərinə görə kasıbın qazanc yeri olan xırda dükanını bir göz qıpımında dağıdan məmurları, işsizlikdən dağılan ailələri görmürük. Həiqətənmi görmürük, yoxsa Azərbacanda işsizlik yox, işçisizlik problemi var?" Cebhe.info-ya açıqlamasında AXCP sədrinin müavini Ehtiram Mehtiyev belə deyib. E.Mehtiyev qeyd edib ki, hökumətin dediyinə görə, Azərbaycanda işsizlik səviyyəsi 5%-ə düşüb, yəni Avropadan da azdır: "Hətta belə qənaətə gəliblər ki, qlobal böhran şəraitində inkişaf etmiş ölkələrdə iş yerlərinin kütləvi ixtisarı və işsizzliyin artımı baş verdiyi halda Azərbaycanda bu göstərici 5%-ə bərabərdir, yəni yeni yaradılan iş yerlərinin sayı artmaqda davam edir. Təəssüflər olsun ki, hökumətin hansı statistik meyarlar əsasında işsizlik səviyyəsini müəyyənləşdirdiyi hələ məlum deyil. Amma onu deyə bilərəm ki, bu statistik məlumat Nazirlər Kabinetində oturanların qohumlarını nəzərə alaraq hesablanıb. Yəni xalqla uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur". AXCP yetkilisinin sözlərinə görə, Azərbaycan hökuməti tərəfindən işsizliyin aradan qaldırılması, əhalinin sosial cəhətdən imkansız təbəqəsinin məşğulluq probleminin həlli istiqamətində heç bir addım atılmaması və günü- gündən mövcud iş yerlərinin ixtisarı onu göstərir ki, Azərbacanda işsizlik 5% deyil, işləyənlər bu faiz göstəricisi qədərdir: "Hesab edirəm k,. işsizlik səviyyəsi artmaqla ölkədə cinayətlərin sayı da artacaq. Bunun da fəsadlarını həm hökumət. həm də millət görəcək". Mənsur





Həftənin ən çox oxunanları