Yuxarı

AXCP sədri çıxış yolunu göstərdi

AXCP sədri çıxış yolunu göstərdi

AXCP sədri çıxış yolunu göstərdi: “İctimai Palata, ya da Məsləhət Şurası yaradılsın” “Prezidentin yanında İctimai Palata, ya da Məsləhət Şurasının yaradılması təklifini vermişdik və bu gün də qüvvədədir.

Prezident yanında siyasi partiyaların, QHT-lərin, nüfuzlu ictimai-siyasi xadimlərin iştirakı ilə formalaşdırılan Məsləhət Şurasının yaradılması prezidentin də informasiya blokadasından çıxarılmasına və bir çox problemli siyasi, sosial və iqtisadi məsələlərin həllində olan inhisarı aradan qaldırmış olar. Rusiyada bu təcrübə var və həmin təcrübənin öyrənilərək tətbiq edilməsində də fayda var”.

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev bildirib. Partiya sədri qeyd edib ki, prezident yanında müxtəlif qurumlar yaradılır və demək olar ki, eyni adamlar və yaxud eyni qurumların eyni və ya fərqli adamları təmsil olunurlar:

“Bu cür yanaşmanın fayda gətirəcəyinə böyük şübhələrim var. Fərqli fikir, fərqli düşüncə və fərqli yanaşma tərzinə malik insanların iştirakı vacibdir. Etiraz edən, fərqli konsepsiya irəli sürən və hər şeylə razılaşmayan beyinlərə ehtiyac var. Sovet dövründə olduğu kimi, bir ağızdan qatığa qara deyənlər nəsli yetişdirilir. Ölkənin gələcəyini düşünmək və vəziyyətdən çıxış yollarını tapmaq üçün Prezidentin yanında İctimai Palatanın, ya da Məsləhət Şurasının yaradılmasına hakim elitanın qulaq verməsini istəyirik”.





Həftənin ən çox oxunanları