Yuxarı

İqtidarın lüzumsuz qısqanclığı

İqtidarın lüzumsuz qısqanclığı

Müxalifətin təklifləri nəzərə alınmır

Vüsal Qarayev: “AXCP-nin təklifləri vacib və zəruri məsələləri əhatə edir”

Qubad İbadoğlu: “Biz hələ heç bir müzakirəyə dəvət almamışıq”

Davam edən ağır iqtisadı böhrandan çıxmaq üçün bir sıra partiya və təşkilatlar hökumətə təkliflər verib. Hökumətin aidiyyatı qurumları bu təkliflərə rəsmi cavab göndərərək dəyərləndiriləcəyini bildiriblər. Ancaq uzun zaman keçməsinə baxmayaraq hökumət bu təkliflərin necə dəyərləndiriləcəyilə bağlı heç bir məlumat vermədi. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) da hökumətə anti-böhran paketi təqdim etmişdi.

Milli Məclisin “İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi”nin sədri Ziyad Səmədzadənin imzasıla göndərilən cavab məktubunda təkliflər üçün təşəkkür edilib və qeyd olunub ki, bu təkliflər dəyərləndiriləcək. Qeyd edək ki, AXCP-nin yanvarın 23-də təqdim etdiyi 3 hissəli “Anti-böhran Təkliflər Paketi”nə baxılması üçün hökumətə müraciət ünvanlamış. Azərbaycan Demokrat və Rifah Hərəkatı da hökumətə verdiyi təkliflərə eyni cavab alıb. Nəticə isə yoxdur. AXCP-nin hökumətə təklif etdiyi 3 hissədən ibarət Paketdə Azərbaycan iqtisadiyyatının dirçəlməsi üçün atılması vacib olan bəndlər var.

Bununla bağlı AXCP rəhbərliyi Beynəlxalq Mətbuat Mərkəzində (BMM) ictimai müzakirə də keçirib. Həmin müzakirələrdə iştirak edən siyasilər, ziyalılar, müstəqil ekspertlər AXCP-nin təkliflərini yüksək dəyərləndirib. Tədbirdə çıxış edən ekspertlər, hökumətin bu təkliflərdən yararlanmalı olduğunu vurğulayıblar.

“Cümhuriyət”ə açıqlamasında AXCP mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev bildirib ki, AXCP olaraq problemi ortaya qoyub və çıxış yolunu göstəriblər. Onun sözlərinə görə, AXCP-nin təklifləri ölkə üçün vacib və zəruri məsələlərdir: “Ümumiyyətlə AXCP olaraq fəaliyyətimizi ortaya konkret iş qoymaq prinsipi üzərində qurmuşuq. Biz yalnız ölkədəki çatışmazlıqları deyil, bu problemlərdən çıxış yolunu da göstəririk. Və bu çıxış yollarını da hakimiyyətə təkliflər paketi şəklində təqdim etmişik. Bəli, bir neçə təklifimizə rəsmi cavab gəldi. Və hakimiyyət bizim təkliflərimizə uyğun gələn bir neçə addım atdı. Məsələn, bəzi ölkələrlə viza aradan qaldırıldı ki, bizim təkliflər paketində bu məsələ yer almışdı. Lakin indi hələ ki, hansısa rəsmi reaksiya gəlməyib təkliflərimizə. Ola bilsin hökumətin başı seçkilərə qarışıb. Lakin biz əminik ki, partiya olaraq hökumətə etdiyimiz təkliflər ölkənin gələcəyi üçün olduqca vacib və zəruri məsələlərdir. Əgər hökumət hazırki sosial-iqtisadi, eyni zamanda siyasi böhrandan çıxmaq istəyirsə, bu təklifləri mütləq nəzərər almalıdır. Ümumiyyətlə biz düşünürük ki, hökumət ölkənin mövcud böhrandan çıxmasını istəyirsə, mütləq müxalifətlə dilaoqa getməlidir. Məhz bu məsələ də bizim təkliflərimizdə yer alır. Dialoq zəruridir”.

Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu da həmçinin bildirilib ki, təkliflərlə bağlı heç bir müzakirələrə cəlb olunmamışıq: “Verdiyimiz təkliflərin dəyərləndiriləcəyilə bağlı aldığımız məktubdan sonra heç bir müzakirəyə dəvət almamışıq. Təkliflərin necə dəyərləndirildiyi haqqında da heç bir məlumat verilməyib”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları