Yuxarı

“125-lər klubu” seçkini boykot edir?

“125-lər klubu” seçkini boykot edir?

gunel seferova Günel Səfərova: “Bu məsələ müzakirə olunmayıb” “125-lər klubu”nun gündəmində boykot qərarı ümumiyyətlə, olmayıb, ola bilsin ki, media orqanlarının məlumatı konteksdən çıxarıblar. Seçki ilə bağlı qərarlar “125-lər klubu”nun İdarə Heyətinin iclasında müzakirə olunur, ancaq boykot qərarı  müzakirə olunmayıb”. Bunu “125-lər siyasi klubu”nun İdarə Heyətinin üzvü Günel Səfərova“Cümhuriyət” qəzetinə açıqlamasında bildirib. Günel Səfərova deyib ki,biz nə imzatoplama kampaniyasıda, nə sənədlərin təqdim olunmasında heç bir təyziqlə üzləşməyiblər: “Mən artıq imzatoplama kampaniyasını başa çatdırıb, imza vərəqələrini dairə seçki komissiyasına təqdim etmişəm, namizədliyimin qeydə alınmasını gözləyirəm. Namizədliyin qeydə alınması yəqin ki, iki günə dəqiq bilinəcək.Biz seçkiyə qatılmağımız haqqında qərar verəndə şərtlər başqa idi, bizdə planlarımızı o şərtlərə uyğun qurmuşduq. Ancaq beynəlxalq müşahidəçilərolmayacağı üçün nəzərdə tutduğumuz planları dəyişmək məcburiyyətindəqaldıq. Biz əvvəl nəzərdə tutduğumuz müşahidəçilərin sayını artırmışıq”. [caption id="attachment_515" align="alignright" width="241"]Aysel Elizade Aysel Əlizadə: "İmzatoplama kampaniyasında heç bir təzyiqlə rastlaşmamışıq".[/caption] “125-lər klubu”nun digər üzvü Aysel Əlizadə deyib ki, artıq imzatoplama kampaniyasını başa çatdırıb, lakin imzalar hələ seçki komissiyasına təqdim edilməyib. Aysel Əlizadə qeyd edib ki, nə sənədlərin verilməsində, nə də imzatoplama kampaniyasında heç bir təzyiqlə razslaşmayıb. A.Əlizadə də siyasi klubun gündəmində boykotun olmadığını deyib. Vilayət Muxtar