Yuxarı

Ölkədə seçki böhranı yaranıb...

Ölkədə seçki böhranı yaranıb...

70059286Parlament seçkilərinə az müddət qalıb. Artıq imzatoplama və namizədlərinn qeydiyyatı prosesi sona çatmaq üzrədir. Oktyabrın 2-dən namizədlərin seçkiqabağı təbliğat və təşviqat mərhələsi başlanacaq.  Hakim Yeni Azərbaycan Partiyası namizədlərini açıqlayıb. Ölkənin aparıcı siyasi partiyaları isə hələ tərəddüd içindədir. Özünü real müxalifət hesab edən partiya və siyasi bloklar seçkini boykot etmək qərarı verib. Müsavat Partiyası seçkidə iştirak edəcəyini açıqlasa da, namizədlərini müəyyən etsə də, qərarını dəyişməyə meyillidir. AXCP-də yenilənmə hərəkatının rəhbəri Razi Nurullayevin başçılıq etdiyi Etimad Qurultayına Hazırlıq üzrə Təşklat Komitəsi də seçkilərdə iştirak etməyəcək.“Azadlıq-2015” seçki bloku daxilində seçkilərlə bağlı tərəddüdlər var. Bloka daxil olan partiyalardan bir qismi seçkidə iştiraka maraqlı görünsə də, digərləri boykot tərəfdarıdır. Bəzi düşüncələrə görə, seçkilərdə iştiraka maraqlı görünənlər hakimiyyətdən müəyyən dividentlər qazanmaq naminə seçki imitasiyası prosesinə qatılanlardır. Bu prosesdə nisbi aktivliyi təmin edə biləcək qüvvə illərdir “müxalif kreslo”nun caynağından qurtula bilən gənclər ola bilərdi ki, təəssüf, onlar da hələ siyasi güc mərkəzinə çevrilə bilməyib. Çünki onlara olan basqılar təkcə hakimiyyətdən deyil, həm də mənsub olduqları düşərgədən gəlir. Ənənəvi müxalifətin bu qüvvəyə qarşı bir təpkisi vardır. Sərt müqavimət gənclərə tam toparlanmaq və bu seçkidə ortaya güc qoymaq fürsəti vermir. C751C0B1-20A9-4602-9FC0-69904CFE6713_mw800_s Siyasi aktivliyin aşağı göstəricili şkalası ölkədə olduqca qəribə bir atmosfer yaradıb. Cəmiyyətdə parlament seçkilərinin ədalətli və şəffaf keçirilməsinə inam yoxdur. Əhalinin seçkiyə olan inamsızlığı və siyasi qüvvələrin zəifliyi hakimiyyətin “əlinə oynayır”.Bu səbəbdən də hakimiyyət inzibati resurslar hesabına bu parlament seçkilərinin taleyini özünə sərfəli şəkildə həll etmək istəyir. Müxalifət durumu dəyişmək gücündə deyil. Əvvəla, müxalifətin belə bir istəyi yoxdur. İkincisi, istəsə belə qüvvəsi yoxdur. 2005-ci ildən sonra Müsavatla Əli Kərimli arasında daha da qızışmış mövqe savaşı, digər müxalif partiyaların onların hər ikisinə olan etimadsızlığı, Milli Şuranın bir nəfərin diktəsinin icraçısına çevrilməsi müxalifəti iflic duruma salıb. Sosial baza, kadrlar dağılıb. Müxalifətin seçki prosesini bilən və uzun illər bu prosesi idarə edən mütəxəssislər kənara çəkilib, yaxud “oyundan” çıxıb. Bu gün reallıqdır ki, müxalifət o qədər zəifləyib ki, öz seçki siyasətini YAP-ın seçki siyahısına uyğun qurmağa çalışır. Müxalifətin namizədləri açıq-aşkar YAP-ın namizədlərindən çəkinir. Bu, bir sıra amillərlə bağlıdır. Əvvəla, hamıya bəllidir ki, hakimiyyətin bütün inzibati resursları YAP-ın namizədləri üçün çalışacaq. İkincisi və acınacaqlısı odur ki, müxalifətin bəzi təmsilçiləri istisna olmaqla, digər kəsimi kütləvi şəkildə  ictimai rəydə də hakim partyanın namizədlərinə uduzur. Vəziyyətin bu həddi ilk baxışda hakimiyyətin xeyrinə sayılsa da, əslində cəmiyyətin ziyanına olduğu qədər, hakim partiyanın da ziyanınadır. Seçki prosesi bu cür davam etsə, şəffaflıq və ədalətli seçki olmasa, ölkənin demokratik inkişaf yolunda növbəti əngəl mexanizminin olması ehtimalı artır. Bundan bəhrələnən bir sıra xarici təşkilatlar, o cümlədən Avropa Birliyi Azərbaycan təzyiqləri artırmaq üçün yeni bir fürsət qazanacaq. Azərbaycanaqarşı bu və ya digər formada saknsiyaların tətbiqinə çalışacaq. Azərbaycan hakimiyyətinin siyasi praqmatizmə söykənən ciddi islahata meylli addımlar atmasının zamanı çatıb. Əsk halda bundan ölkənin imicinə olduğu qədər hakimiyyətin də maraqlarına ciddi zərbə dəyəcək.  Təhlil və analizlər göstərir ki, iqtisadi böhrandan müxtəlif üsullarla yayınsaq da, seçki böhranından yayına bilmirik. Türkel  





Həftənin ən çox oxunanları