Yuxarı

“Seçkidən sonra ictimai təşkilatlar ölkə həyatında daha mühüm yer tutacaq”

“Seçkidən sonra ictimai təşkilatlar ölkə həyatında daha mühüm yer tutacaq”

[caption id="attachment_537" align="alignleft" width="318"]Ilqar Altay İlqar Altay: “QHT sektoru hökumətlə daha səmimi anlaşma əldə edə bilir”[/caption]  Bu gün ölkədə siyasi durğunluq hökm sürür. Seçkiyə az qalsa da partiyaların siyasi fəallığı hiss olunmur. Bəzi partiyalar isə boykota üstünlük verirlər. Amma bu taktikanı uğurlu sayanlar azdır. Bəzi ekspertlər bunu döyüş başlamazdan öncə təslim olma kimi izah edirlər. Siyasi partiyalara nisbətən QHT sektorunun nümayəndələri daha istəkli və fəal görünürlər. Bəzi mülahizələrə görə isə, parlament seçkilərindən sonra partiyalar ictimai nüfuz baxımından ictimai təşkilatlara uduzacaq və siyasi səhnədən sıxışdırılacaqlar. İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqr Altay hesab edir ki, seçkilərdən asılı olmayaraq, ictimai təşkilatlar getdikcə ölkə həyatında daha mühüm yer tutacaq. Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin əsas komponentlərinə çevrilmiş QHT sektoru ambisiyasız, təmiz ictimai mövqeyi ilə hökumətlə daha səmimi anlaşma əldə edəcək: “QHT-lər ölkənin, xalqın ümumi problemlərinin həlli, idarəçilik üzrə müxtəlif sahələrdə aktivlik və əməli nəticələr hesabına xalqın daha çox inamını qazanacaq. İctimai təşkilatların vətəndaş cəmiyyətində siyasi partiyaları üstələməsi prosesi artıq xeyli vaxtdır başlanıb. Proses davam edir və düşünürəm ki, daha da güclənəcək. Çünki bunu  zaman, ölkənin milli həmrəylik dayanan inkişafi bunu tələb edir”. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, yeni yaranan qrup və təşkilatlar parlamentdə yer qazanmasalar belə, ənənəvi müxalifəti sıxışdıra bilərlər. O, həmçinin dedi ki, çünki ənənəvi müxalifətin insani və maliyyə resursları tükənib, parçalanmalar sürətlənib. Politoloq Ramiz Aliyev isə deyir ki, bəzi radikal müxalifət partiyaları özünü cəmiyyətə və beynəlxalq arenaya Azərbaycanın ana müxalifət partiyası kimi təqdim edib o fonu yaratmağa çalışırlar: “Amma göründüyü kimi bu taktika həmin partiyalar üçün uğurlu bir nəticə vermədi. Çünki bəyanatları ilə fəaliyyətləri təzad təşkil edir. Azərbaycanda artıq yeni müxalifət partiyaları, siyasi bloklar və təşkilatlar yaranaraq milli müxalifət anlamını cəmiyyətə təqdim etməkdədirlər. Artıq radikal müxalifətin istər qeyri-ciddi, effektsiz bəyanatlarından, istərsə də yararsız fəaliyyətlərindən bezmiş cəmiyyətm artıq həmin radikal müxalifət partiyalarını qəbul etmirlər. Əslində dövlət və hakimiyyətdə təmsil olunan siyasi partiya istəyər ki, müxalifət partiyaları güclü olsun. Təbii ki, milli müxalifət partiyaları və siyasi təşkilatlardan söhbət gedir. Bütün ölkələrdə müxalifət partiyaları hakimiyyət üçün bir güzgü rolunu oynayır. Hakimiyyətin apardığı səhv və nöqsanlı siyasəti həmin "güzgü" vasitəsi ilə görə bilir. Azərbaycanda isə bəzi radikal müxalifət partiyaları öz fəaliyyətlərini xarici ölkələrin bəzi siyasi dairələri və xüsusi xidmət orqanlarının tələblərinə uyğun formada həyata keçirirlər. Təəssüflər olsun ki, həmin dairələrin özləri də erməni lobbisinin maliyyəsi hesabına fəaliyyət göstərir. Əlavə etmək istəyirəm ki, yararsız, sosial sifarişə adekvat olmayan fəaliyyət növü cəmiyyətdə inamsızlıq yaradır. Bu üzdən də belə təşkilatlara maraq azalır və siyasi fəallıq heçə enir. Hesab edirəm ki, belə partiyalardansa daha ciddi fəaliyyət göstərən ictimai təşkilatlar önəmli yer tuta bilərlər”.   Cavad





Həftənin ən çox oxunanları