Yuxarı

Erkən seçkilər reallaşır?

Erkən seçkilər reallaşır?

Taliyət Əliyev: “Ölkə yeni Konstitusiya ilə idarə olunmalıdır” Referendumdan sonra növbədənkənar seçkilərin keçiriləcəyi gözlənilir. Bəzi məlumatlara görə, ilin sonuna qədər prezident seçkiləri keçiriləcək, parlament buraxılacaq, gələn il isə Milli Məclisə seçkilər olacaq. Amma hələ ki seçki ilə bağlı rəsmi qərar yoxdur. Bəs hazırkı qanunlar ilin sonuna qədər seçkilərin keçirilməsinə icazə verirmi? Bununla bağlı “Cümhuriyət” qəzetinə açıqlama verən Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin müavini, Mərkəzi Seçki Komissiyasının (MSK) keçmiş üzvü Taliyət Əliyev növbədənkənar seçkilərin keçirilməsinin zəruri olduğunu deyib. Onun sözlərinə görə, referendumdan sonra hüquq və məntiq baxımından da növbədənkənar seçkilər keçirilməlidir: “Ümumiyyətlə ölkədə keçirilən referendumun nəticələri təsdiq olunduqdan sonra məntiqlə və hüquqi baxımdan da ölkə yeni konstitusiya ilə idarə olunmalıdır. Amma bizdə ölkə qanunlarla ya da məntiqlə idarə olunmur ki. Azərbaycan hökuməti bunu öz bildiyi kimi edə də bilər. İstəsə keçirər, istəməsə keçirməz. Referendum da bu cür şərtlərlə keçirildi və nə ölkə ictimaiyyətinin, nə də beynəlxalq aləmin rəyi nəzərə alınmadı. Bu baxımdan da hökumət hər an deyə bilər ki, 2 aydan sonra ölkədə prezident və yaxud da parlament seçkiləri keçiriləcək. Ən azından bu hakimiyyətin fəaliyyətinə baxsaq, nəzəri baxımdan bunu gözləyə bilərik”. “Dekarbın əvvəllərinə təsadüf edəcək” Taliyət Əliyev əlavə edib ki, bir neçə günə seçki elan olunarsa seçkilərin keçirilməsi dekabr ayının əvvəllərinə düşəcək. Onun sözlərinə görə, qanunvericiliyə görə seçkilər ən az 60 gün əvvəl elan olunmalıdır: “Yeni konstitusyaya görə prezident 7 il müddətinə seçilməlidir, vitse-prezidentlər, səlahiyyətləri müəyyən olunmalıdır. Bizim seçki məcəlləmizə görə seçkilər ən az 60 gün əvvəlcədən müəyyən olunmalıdır. Ona görə də, bu günlərdə seçkilər elan olunarsa, bu, dekabr ayının əvvəllərinə təsadüf edəcək. Parlament seçkiləri də həmçinin eyni vaxta düşür. Bu baxımdan da bu ilin sonuna qədər növbədənkənar seçkilərin keçirilməsi mümkün haldır”. Vilayət Muxtar





Həftənin ən çox oxunanları