Yuxarı

İlham Əliyev növbədənkənar prezident seçkilərindən danışdı

İlham Əliyev növbədənkənar prezident seçkilərindən danışdı

Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ehtimalını şərh edib. Cebhe.info xəbər verir ki, İlham Əliyev “Sputnik”ə müsahibəsində növbədənkənar seçkilərin keçiriləcəyi barədə söz-söhbətləri təkzib edib. Habelə bildirib ki, onun növbəti prezident seçkilərində iştirakı barədə danışmaq hələ tezdir. “Bizim seçkilərin vaxtını dəyişmək niyyətimiz yoxdur. Mən bilirəm Azərbaycanda, onun hüdudlarından kənarda hansı söz-söhbətlər gəzir. Belə plan yoxdur və mən buna zərurət görmürəm. Mənim iştirak edib-etməyəcəyimə gəldikdə isə növbəti prezident seçkiləri iki il sonra olmalıdır, ona görə də hələ hansısa qərar vermək üçün hələ tezdir. Əgər mən bu günkü kimi əhalinin dəstəyini hiss etsəm o zaman əlbətdə ki, bu etimadı doğrultmağa çalışacağam”-İlham Əliyev Dmitri Kiselyovla söhbətində deyib.  





Həftənin ən çox oxunanları