Siyasətin tərk edilmiş simaları yenidən bir siyahıda\\Və ya ac toyuq yuxusunda darı görər\\“Yurd” təşkilatı və Milli Şura üzvləri sosial şəbəkələrdə 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonrakı dönəm üçün yeni hökumətin - “kölgə kabineti”nin siyahısını yayımlayıblar. “Yurd”çuların iddialarına görə, seçkilərdə ənənəvi müxalifəti təmsil edən siyasi qüvvələr qalib gələcək. Siyahıda adları yer alan eks-spiker Rəsul Quliyev prezident, ALP lideri Lalə Şövkət I vitse-prezident, sabiq Müsavat başqanı İsa Qəmbər vitse-prezident, “Yurd” sədri Əli Kərimli vitse-prezident, Müsavat başqanı Arif Hacılı Prezident Adminstrasiyasının rəhbəri, deputat Vahid Əhmədov baş nazir, politoloq Eldar Namazov Milli Məclisin sədri, keçmiş ədliyyə naziri İlyas İsmayılov baş prokuror, millət vəkili Əli Məsimli maliyyə, ADR Hərəkatının sədri Qubad İbadoğlu isə iqtisadiyyat naziri olacaq.\\Məlumdur ki, əvvəlki 5 seçkidə də ənənəvi müxalifəti təmsil edən siyasi partiya və qruplardan bu cür siyahılar təqdim olunub. Buna görə də, növbəti siyahı tam gözlənilən idi və bu dəfə addımı təşəbbüsü əlində cəmləmək istəyən“Yurd” sədri Əli Kərimlinin tərəfdarları atdı.\\Yenə eyni suallar, eyni adamlar\\Ənənəvi müxalifət yenə öz ampluasındadır, yenə də demokratik düşərgə və cəmiyyət arasında pozuculuq fəaliyyətini davam etdirir. Xalq da bu pozuculuq fəaliyyətini, ənənəvi müxalifətin prosesə qeyri-ciddi yanaşmasını gördükcə, siyasi aktivlik nümayiş etdirməkdən imtina edir. İllərlə eyni adamların dilindən eyni sözləri eşitmək, özünü siyasi olimpin zirvəsində hesab edən bu şəxslərin siyasi proseslərə qeyri-ciddi yanaşması xalqda inamsızlığın formalaşmasına səbəb olub və təəssüf ki, belə də davam edir.\\Haqlı olaraq hər seçki ilində cəmiyyət nümayəndələri, media, siyasi fəallar bu adamlara sual ünvanlayırlar: İnsanlar nə qədər Əli Kərimli, Arif Hacılı, Rəsul Quliyev adı eşidəcəklər? Suala cavab verməyən həmin adamlar da 20 ildən çoxdur ki, eyni ssenariləri təkrarlayır, eyni adları “kölgə kabineti”nə daxil edir, eyni vədləri verməkdən usanmırlar. Bu da cəmiyyətdə qıcıq, özlərinə qarşı ikrah hissi, seçkilərə inamsızlıq yaratmaqdan başqa heç nəyə xidmət etmir. Ənənəvi müxalifət mübarizəsiz, xalqı prosesə səfərbər etmədən, öz fikirlərini xalqa izah etmədən, yeni proqramlar ortaya qoymadan, müasir dövrün tələblərinə uyğun olan kreativ ideyalar irəli sürmədən bu cür - məntiqə əsaslanmayan siyahılar yayması məğlubiyyətə hesablanan addımdır. Bu, heç bir məna ifadə etməyən, cəmiyyətin diqqətini prosesdən yayındırmaqdan başqa da bir şey deyil. Görünən budur ki, hər seçki ilində adlarını eşitməyə adət etdiyimiz, özləri isə tribunalarda görünməkdən xüsusi zövq alan bu adlar prosesin özünü ciddiyyətdən çıxarırlar. Bu, cəmiyyətin normal müqavimətinin qarşısını almaqdır. Məsələnin mahiyyəti bundan artıq deyil.\\Onlarda və bizdə\\Sivil dövlətlərdə qaydaya əsasən, müxalif düşərgə seçkidən sonrakı dönəm üçün atacağı addımları açıqlayırsa, bunu əvvəlcədən elektorata izah edir, məsələnin mahiyyətini anlamayanlara başa salır. Bundan sonra elan olunmuş strategiya uğrunda mübarizə üsulu seçilir və elektorat bu istiqamətdə səfərbər edilir. Azərbaycan cəmiyyəti isə artıq ənənəvi müxalifətin hər seçki ilində kiçik bir meydana yığılıb, özünün seçdiyi, insanlara tanış olan və ya olmayan “vahid namizəd” tərifləməsinə öyrəşdirilib.\\O da məlumdur ki, siyasətin tərk edilmiş simalarının öz “hökumət”ləri üçün seçdikləri şəxslər barədə cəmiyyətin nə düşündüyü həmişə onlara maraqsız olub. Heç bir halda da “seçilmiş” adlar sadə seçici elektoratın müzakirəsinə çıxarılmayıb. Demokratik ölkələrdə seçkiyə hazırlıq prosesindən çox-çox əvvəl namizədlərə cəmiyyətin baxışı nəzərə alınır. İctimai rəy xeyrinə işləməyən namizədlə seçkiyə qatılmağı özünə hörmət edən heç bir siyasi qüvvə qəbul etmir və bunu bəribaşdan məğlubiyyət kimi dəyərləndirir. Şübhəsiz ki, mübarizəsini bu yöndən quran siyasi qüvvələr ən yaxşı halda uğur qazanır, ən pis halda isə siyası çəkisini və nüfuzunu qoruyub saxlayır. Azərbaycanın ənənəvi, təkcə xalq arasında yox, həm də ətrafındakı az sayda tərəfdarları arasında belə nüfuzunu çoxdan itirmiş tanış simaları isə qələbəni ancaq tribunaya çıxıb, alovlu nitq etməkdə görür. O tribunanın ki, onun ətrafına artıq xalq toplaşmır.\\Əfqan Ədilov
- Ana səhifə
- Siyasət
- “Yurd”un “kölgə kabineti”
“Yurd”un “kölgə kabineti”
Bu bölmədən digər xəbərlər
- Paşinyan üçün "Qordi düyünü”: Asi generalları necə uzaqlaşdıracaq? Tarix 27 Fevral, 17:19
- Paşinyan "dalana dirənir": "Varis planı” gündəmə gəlir? Tarix 25 Fevral, 17:17
- Azərbaycanlıların üzünə 32 il bağlı qalan post: Bu seçki nəyi dəyişəcək? Tarix 23 Fevral, 17:15
- Azərbaycanı geriyə çəkən məmurlar: Ölkə bu vəziyyətdən necə çıxacaq? Tarix 18 Fevral, 17:12
- Putin ordunu generallardan "təmizləyir”: Varis planına hazırlıq, yoxsa? Tarix 18 Fevral, 17:11
- Supergüclərin Qafqaz savaşı: Bir planın üç məqsədi və ya qarşıdurma Azərbaycana nə vəd edir? Tarix 16 Fevral, 16:50
- İran yenə qarışacaq: Ölkəni naməlum gələcək gözləyir Tarix 11 Fevral, 16:48
- Güney Azərbaycan dünyanın diqqət mərkəzinə gəlir: "Bu, İranın yaralı yeridir, istənilən vaxt...” Tarix 9 Fevral, 16:36
- Rusiyaya qarşı demarş: Növbədə Putinin sevimlisi "Vaqner” var? Tarix 6 Fevral, 16:35
- İran açıq hədəfə çıxır: "Hərbi əməliyyatlar qaçılmaz olacaq” Tarix 4 Fevral, 16:33
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi