Yuxarı

AXCP sədrindən Əlizadə qardaşlarına sərt sözlər

AXCP sədrindən Əlizadə qardaşlarına sərt sözlər

“Hər zamanki kimi Əlizadələr öz düşüncələrində və həqarətlərindədirlər. Amma bunlardan bir soruşan yoxdur ki, siz kimsiniz? Siz Əlizadələr Azərbaycan üçün nə etmisiniz və bu xalqın tarixində, yaddaşında necə qalacaqsınız? Millətə həqarətdən, türkləri aşağılamaqdan xüsusi zövq alan təfəkkürünüzlə, fikirlərinizləmi? Zərdüşt Əlizadəni Araz Əlizadənin, yaxud da layiq olmadan millət vəkilliyinə təyin edilmiş Araz Əlizadəni ancaq Zərdüşt Əlizadənin qardaşı kimi tanıyırlar. Əbülfəz Elçibəyə və türk millətinə həqarətlə bir ömür sürmək Əlizadə qardaşlarının həyat kredosuna çevrilib. Zərdüşt Əlizadə  deyir ki, "Elçibəyin hansı mühüm xüsusiyyətinə, vəzifəsinə görə bu qədər adam onu gözləməlidir? Kimdir ki, o?" Doğrudanmı bu adamlar bilmir ki, Elçibəy Milli Azadlıq Hərəkatının lideri idi. Elçibəy bu ölkənin demokratik yolla seçilmiş prezidenti, eks-prezidenti idi. Siyasi mədəniyyət belə onu gözləməyi, ona hörmətlə yanaşmağı diktə edir. Amma özündən müştəbehlərin, lovğaların, özünü hər kəsdən üstün görənlərin ucbatından nə Elçibəyin, nə onun hakimiyyətinin dəyərini verə bilirik”. Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev Araz və Zərdüşt Əlizadə qardaşlarının Əbülfəz Elçibəy barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.AXCP sədri hesab edir ki, bu məsələdə Elçibəyi sevməyənlərlə yanaşı onun komandasının da günahı böyükdür: “Həmin hakimiyyətin içində satqınlar da, işinin öhdəsindən gələ bilməyənlər də yer almışdı. Amma Elçibəy bir ildə təkbaşına nə mümkündürsə, onu etdi. Bu gün Elçibəyin məzarı Fəxri Xiyabandadır. Onu xalq anır və hörmət edir. Bəs sizləri? Əlizadələrdən soruşan lazımdır ki, sizlərədəmi Fəxri Xiyabanda abidə qoyacaqlar? Bəli, Elçibəy hakimiyyəti idarəetmə təcrübəsizliyindən əziyyət çəkirdi. Dediyimiz kimi, komanda üzvlərini içində satqınlar da, iş bacarmayanlar da yer alırdı, eyni zamanda Akademiyanın elmi işçi masalarından, institut auditoriyalarından gələnlər də çox idi. Təcrübə qazanılacaqdı və “XXI əsr türk əsridir”, “Baykal gölündən başlamış Aralıq dənizinə qədər böyük bir türk dövləti yaranacaq” və s. fikirlər cilalanacaq və real siyasətə uyğunlaşacaqdı. Siyasətdə populizm də olur. Belə düşünən adamların təfəkkürüncə, Donald Tramp dəlidir, ağlını itirib və o kimdir ki... Amerika prezidenti deyirdi ki, Meksika ilə sərhəddə divar hörəcək və onun pulunu Meksika ödəyəcək. Divar tikiləcək, amma Meksika bir qəpik də ödəməyəcək. Tramp deyirdi ki, İsraildəki səfirliyi Tel-Əvivdən Yerusəlimə köçürəcək, real siyasətdə gördü ki, yox, bu mümkün deyil. Elçibəy də lider kimi populizm çıxışlara söykənirdi, amma siyasətdə yox. Elə sizin özünüz də Elçibəyi hədəfləməklə populizmə qaçırsınız. Çünki başqa nə desəniz kimin umurunda?”





Həftənin ən çox oxunanları