[caption id="attachment_730" align="alignright" width="300"] KXCP funksioneri: “Müxalifət partiyalarını elə vəziyyətə salıblar ki...”[/caption] Qarabağ problemi Azərbaycan siyasətinin daim bir nömrəli məsələsi olub. 20 ildir ki, həm hakimiyyəə olan siyasi qüvvələrin, həm də müxalifətin əsas kartı rolunda Qarabağ problemi çıxış edib. Xüsusən seçki dönəmində Qarabağla bağlı vədləri çox eşitmişik. Həm iqtidar, həm də müxalifətdəki siyasi qüvvələr Qarabağla bağlı bir sıra tədbirlər keçiriblər. Lakin son illər sanki Qarabağ diqqətdən kənarda qalıb. Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədrinin müavini Xəzər Teyyublu “Cümhuriyət” qəzetinə açıqlamasında müxalifət partiyalarının Qarabağı daim diqqətdə saxladığını deyib. Onun sözlərinə görə, bu gün müxalifətin Qarabağla bağlı tədbir keçirmədyini iddia etmək doğru olmazdı: “KXCP olaraq biz dəfələrlə siyasi partiyaların, ictimaiyyətin iştirakı ilə Qarabağ forumu keçirmişik. Mən demirəm ki, bizim keçirdiyimiz forumlar Qarabağ la bağlı həqiqətləri dünya ictimaiyyətinə diqqətinə çatdırmaq üçün yetərlidir. Bunun üçün bu cür forumlar Avropanın siyasi mərkəzlərində, dünyanın gözü qarşısında keçirilməlidir. Təbii ki, bu da mümkün olan məsələdi. Ancaq bir məsələdə var ki, Azərbaycan siyasətini, müxalifət partiyalarını elə bir vəziyyətə salıblar ki, bu cür forumların keçirilməsi heç də asan başa gəlmir. Bunun üçün böyük maliyyə olmalıdır. Partiyaların hazırki maliyyə durumunu nəzərə alsaq Qarabağla bağlı forumların Avropada, dünya ictimaiyyətinin gözü qarşısında təşkil etmək çox çətin məsələdir”. [caption id="attachment_731" align="alignright" width="346"] Tural Abbaslı: “Müxalifətin həm daxildə, həm xaricdə mövqeləri çox zəifdi”[/caption] “Ağ Blok”un İdarə Heyətinin üzvü Tural Abbaslı təəssüflə qeyd edib ki, Azərbaycan müxalifətin həm daxili, həm xarici siyasətdə və beynəlxalq aləmdə mövqeləri çox zəifdi: “Hansısa xarici dövlətlərdən nümayəndələr Qafqaza səfər edəndə daha sonra Gürcüstana və Ermənistana gedirlər. Gürcüstan və Ermənistan müxalifəti ilə görüşdüyü halda Azərbaycan müxalifəti ilə görüşmürlər. Bu da Azərbaycan müxalifətinin beynəlxalqəlaqələrinin necə zəif olduğunu göstərir. Mən inanmıram ki,hansısa müxalifət lideri Qarabağ məsələsininbeynəlxalq arenada müzakirəsini istəməsin. Onlara məhdud dairələrdə dəvətlər olur və yaxud şəxsi əlaqələrinin köməyi ilə xaricə səfər edirlər. Orada da minimum səviyyədə Qarabağ məsələsini qaldırırlar. Ümumiyətlə, Türkiyə və digər ölkələrdə olduğu kimi, Azərbaycan müxalifətinin ölkədə gedən prosesləri Avropa səviyyəsinə çıxarmaq gücü yoxdur. İstəsələr belə bunu edə bilməzlər. Müxalifətin beynəlxalq aləmdə sözünün ciddiyə alınması, müzakirə mövzusu olması üçün əvvəlcə daxili siyasətdə söz sahibi olmalıdır. Bizdə müxalifət bütün resuslardan məhrum olub, siyası sferadan kənarda qalıb, təsir imkanları minimumdu, ona görədə bu cür qurumların sözü o qədər də eşidilmir”. Vilayət Muxtar
- Ana səhifə
- Siyasət
- Müxalifət Qarabağı unudub?
Müxalifət Qarabağı unudub?
Bu bölmədən digər xəbərlər
- Paşinyan üçün "Qordi düyünü”: Asi generalları necə uzaqlaşdıracaq? Tarix 27 Fevral, 17:19
- Paşinyan "dalana dirənir": "Varis planı” gündəmə gəlir? Tarix 25 Fevral, 17:17
- Azərbaycanlıların üzünə 32 il bağlı qalan post: Bu seçki nəyi dəyişəcək? Tarix 23 Fevral, 17:15
- Azərbaycanı geriyə çəkən məmurlar: Ölkə bu vəziyyətdən necə çıxacaq? Tarix 18 Fevral, 17:12
- Putin ordunu generallardan "təmizləyir”: Varis planına hazırlıq, yoxsa? Tarix 18 Fevral, 17:11
- Supergüclərin Qafqaz savaşı: Bir planın üç məqsədi və ya qarşıdurma Azərbaycana nə vəd edir? Tarix 16 Fevral, 16:50
- İran yenə qarışacaq: Ölkəni naməlum gələcək gözləyir Tarix 11 Fevral, 16:48
- Güney Azərbaycan dünyanın diqqət mərkəzinə gəlir: "Bu, İranın yaralı yeridir, istənilən vaxt...” Tarix 9 Fevral, 16:36
- Rusiyaya qarşı demarş: Növbədə Putinin sevimlisi "Vaqner” var? Tarix 6 Fevral, 16:35
- İran açıq hədəfə çıxır: "Hərbi əməliyyatlar qaçılmaz olacaq” Tarix 4 Fevral, 16:33
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi