Yuxarı

Rusiya 5 rayonu Azərbaycana qaytarır?

Rusiya 5 rayonu Azərbaycana qaytarır?

qarabagSiyasi icmalçı: “Əvəzində Dağlıq Qarabağ ərazisi ilə birdəfəlik vidalaşmalı olacağıq”

Son vaxtlar Dağlıq Qarabağ problemi ətrafında hərbi və siyasi sahələrdə fəallığın artması müşahidə olunur. Cəbhə xəttində ağır döyüşlərin başlanması və buna paralel olaraq qapalı çevrələrdə aparılan diplomatik danışıqlar işğal altındakı torpaqların yaxın vaxtlarda qaytarılacağına dair informasiyaların yayılmasına səbəb olub. Belə ki, atəşkəsin hər gün pozulması, tezliklə müharibənin başlayacağı və ərazilərin geri qaytarılacağına dair rəylər gündəmi zəbt edir.

Eyni zamanda Rusiyanın diplomatik səylərinin gücləndirməsi və Azərbaycana bəzi siyasi şərtlər müqabilində Qarabağ probleminin həllində güzəştə gedəcəyinə dair mediada xəbərlərin yer almasına gətirib çıxarıb. Ancaq bir sıra ekspertlər hesab edirlər ki, atəşkəsin pozulması Ermənistanın heç bir güzəştə getməyəcəyini göstərir. Prezident Serj Sərksiyanda bu günlərdə “Qarabağ Ermənistanın ayrılmaz bir hissəsidir” demişdi.

REAL Hərəkatı İdarə Heyətinin üzvü, siyasi ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə mövcud durumu şərh edərkən bildirib ki, Serj Sərkisyanın Qarabağı Ermənistanın ayrılmaz tərkib hissəsi kimi elan etməsi, əslində Rusiyaya və dünyayabir mesajdı: “Ermənistan Rusiya ilə hərbi strateji müttəfiqdir. KTMT hərbi təşkilatda da bir yerdə fəaliyyət göstərirlər. O təşkilatın nizamnaməsinə görə, hər hansı bir təşkilat üzvü müharibədə iştirak edirsə, yaxud təcavüzə məruz qalırsa, digər təşkilat üzvləri ona yardım etməlidir. O cümlədən də Rusiya. Əgər Azərbaycanla Ermənistan arasında hərbi münaqişə dərinləşəcəksə, bu zaman Rusiya mütləq Ermənistan tərəfdən iştirak edəcək. Serj Sərkisyanı bunu bir təsdiq kimi dünyaya mesaj kimi göndərdi”. Natiq Cəfərli guya Rusiyanınbəzi torpaqların qaytarılmasında yardımçı olacağı ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib: “Əslində bu, illüziyadan başqa bir şey deyil. Əgər Rusiyanın doğurdan da belə bir planı olsa, Azərbaycana elə ağır şərtlər qoşacaq ki, nəinki torpaqların qaytarılması, ümumiyyətlə Dağlıq Qarabağın birdəfəlik itirilməsi ilə nəticələnəcək. Çünki Rusiyanın əsas şərti Azərbaycana hərbi bazalarını yerləşdiriməkdir. Bu istiqamətdə 1992-ci ildə Azərbaycan çox böyük uğur əldə etdi. Belə ki, Rusiyanın hərbi bazaları Azərbaycandan çıxarıldı və sonuncu dəfə də Qəbələ RLS bağlandı. Rusiyanın burda leqal hərbi qüvvələri qalmadı. Bu, Azərbaycanın müstəqilliyi üçün çox böyük uğur idi. Fərz etsək ki, Rusiya doğurdan da belə bir plan üzərində işləyir, əsas onun hədəfi və qarşıya qoyduğu məqsəd, hərbi qüvvələrini Azərbaycana geri qaytarmaq olacaq. Yaxud da sülh məramlı qüvvələr adı altında bir neçə rayon qaytarıldıqdan sonra işğal altında olan ərazilərimizdə Rusiyanın sülhməramlıları dayanacaq. Bu isə həmin torpaqların birdəfəlik itirilməsi ilə nəticələnəcək. Bir müddət sonra hətta hərbi yolla Dağlıq Qarabağı, Şuşanı, Xankəndini qaytarmaq istəsək belə, atılan hər bir güllə rus ordusuna qarşı təcavüz kimi qiymətləndiriləcək.moskva-7 Necə ki Tbilisi Gürcüstan-Abxaziya münaqişəsində Rusiya öz sülhməramlılarına atəş açıldığı arqumentini bəhanə edərək 2008-ci ildə Tiflisin 25 kilometrinə qədər irəllədi. Gələcəkdə Azərbaycanın da başına belə bir oyun gələ bilər. Ona görə də Rusiyanın öz qoşunlarını Dağlıq Qarabağda yerləşdirilməsi təklifi Azərbaycanın strateji maraqların, gələcəkdə həyata keçirə biləcəyi əməliyyatlara uğurlu addım sayıla bilməz. Əgər Azərbaycan  belə bir addım atsa, tarix qarşısında böyük bir cinayət işləmiş olacaq. Rusiya bu münaqişədə həlledici rol oynayıb öz qoşunlarını bu bölgədə yerləşdirsə, Dağlıq Qarabağ ərazisi ilə birdəfəlik vidalaşmalı olacağıq. Belə olan halda maksimum əldə etdiyimiz nəticə 3-5 rayonun qaytarılmasıolacaq. Əslində bu, elə əzəli Azərbaycan torpaqlarıdır ki, bütün beynəlxalq müqavilələrdə və faktlarda öz təsdiqini tapıb. Azərbaycan beynəlxalq birliklərin dəstəyi ilə öz torpaqlarını azad etməyə qadirdir və bunun üçün qarşısında heç bir problem, mane yoxdur”. Yeganə Oqtayqızı  





Həftənin ən çox oxunanları