Yuxarı

AXCP sədri Razi Nurullayev: "Biz bu ölkəni idarə edəcəyik”

AXCP sədri Razi Nurullayev:

"Gənclərlə əzəmətli görüş keçirmişəm, rəhbərlik etdiyim AXCP günü-gündən güclənir, yeni insanlar gəlir, hələ yaxın zamanlarda daha böyük axının şahidi olacaqsınız. Bəli, ənənəvi siyasət və ənənəvi qaragüruhçular sıradan çıxıb, onlara inam sıfırın altındadır. Xalq yeni insanlar, yeni siyasət, mədəni yanaşma tələb edir. Bunu xalqa biz verə bilirik”.

Cebhe.info xəbər verir ki, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev deyib. AXCP sədri bildirib ki, partiyanın uğuruna kölgə salmaq istəyirlər:

"Siz nə verirsiniz, ay qaragüruh yığıncağı, ay yurdsuz "Yurd"çular? Mənim hər statusumun altında özünüzə, ailənizə, nəsil-kökünüzə layiq şərhlər yazırsınız. Söyüş, təhqir, aşağılayıcı ifadələr sizin damarlarınızda axan qandan, bir də geninizdən gəlir.

Sizinlə mədəni, sivil, kübar cəmiyyət qurmaq olarmı? Siz, Allah eləməsin, vəzifə sahibi olsanız, bu ölkənin altını üstünə çevirərsiniz. Bu, heç zaman olmayacaq. Çürük qoz kimi ayaqlar altında əzilib, üfunət iyinizi ətrafa yayacaqsınız.

Biz güclənirik və daha böyük uğurlar əldə edəcəyik. Biz bu ölkəni idarə edəcəyik. Bundan qoy heç kimin şübhəsi olmasın”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları