Yuxarı

"Bu, turistləri ölkədən qovmaq deməkdir”

"Skype, WhatsApp, Viber və digərləri ilə neçə gündür ki, nə zəng etmək olur, nə də zəng qəbul etmək. Bu, əsasən İslam Həmrəylik Oyunları başlayandan sonra baş verib. Doğurdan da çox acınacaqlı, başadüşülməz, anlaşılmaz və məntiqsiz vəziyyət yaranıb. Həm də ona görə çaşbaş qalmışıq ki, heç bir rəsmi açıqlama verilməyib və səbəblər də ortada yoxdur”. 

Cebhe.info xəbər verir ki, bu sözləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev deyib.

AXCP sədri problemin bir neçə səbəbinin olduğunu bildirib: "Mənim anlayacağım iki səbəb var, amma onların heç birisinin məntiqi əsası yoxdur. Birincisi, internet provayderləri, mobil operatorlar və digər rabitə xidmətçiləri gizli sövdələşmə edib ki, İslam Həmrəylik Oyunlarına gələn turistlər və jurnalistlər məcburən telefon vasitələrindən istifadə etsinlər və ciblərini doldursunlar. Belədirsə, bu dövlətçiliyə, xalqa qarşı əsl cinayət və həqarətdir. Gələn qonaqlara qarşı hörmətsizlik və soyğunçuluqdur. Belə halların cəsası isə qanunla onların qapadılması və günahkar şəxslərin həbsinin həyata keçirilməsidir. İkincisi, təhlükəsizlik məqsədilə hökumət özü qapadıb.

Səbəb budursa, bu, problemin həlli deyil. Yüzlərlə vasitələr var ki, problem yaratmaq istəyənlər bloklamanı aşıb keçə bilsin. Nəzərə almaq lazımdır ki, yalnız Azərbaycan vətəndaşları deyil, həm də ölkəyə gələn turistlər, idmançılar əziyyət çəkir. İnternetdən istifadə edib ailəsi ilə danışa bilməyən turist ölkəmiz haqqında nə düşünər? Bir də bura gəlmək üçün onda stimul ola bilərmi? Təbii ki, yox. Bu cür bloklama turistləri ölkədən qovmaq deməkdir. Bəlkə başqa səbəblər də var. Varsa, buyurun siz deyin. Bütün hallarda, bu məsələyə rəsmi aydınlıq gətirilməsinə ehtiyac var”.

Mənsur 





Həftənin ən çox oxunanları