Yuxarı

AXCP sədri Ağstafa cəbhəçiləri ilə görüşdü

AXCP sədri Ağstafa cəbhəçiləri ilə görüşdü

Azərbaycan Xalq Cəbhəsi Partiyası rəhbərliyinin təşkilatlanma siyasətinin gücləndirilməsi çərçivəsində bölgələrə səfərləri davam edir. 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev Ağstafa cəbhəçiləri ilə görüşüb.

Qeyd edək ki, partiya üzvləri, eləcə də sədr tədbir öncəsi yerli icra hakimiyyətinin, eləcə də polisin ciddi təzyiqləri ilə üzləşsə də cəbhəçilərin əzmkarlığı nəticəsində görüş baş tutub.
Üzvlərlə görüş zamanı çıxış edən Razi Nurullayev hər zamankı kimi 2018-ci ili ölkədə siyasi dəyişikliklər ili olacağını xatırladıb, hakimiyyətə gələcəkləri təqdirdə idarəetmədə edəcəkləri yeniliklərdən, dəyişikliklərdən söz açıb. AXCP sədri üzləşdikləri təzyiqlərə də toxunaraq qeyd edib ki, AXCP hakimiyyətə gələndə bu cür antidemokratik halların qarşısı alınacaq, siyasi baxışından aslı olmayaraq bütün vətəndaşlar bərabərhüquqlu bir cəmiyyətdə yaşayacaqlar.

Razi Nurullayev vətəndaşın ağır sosial güzaranından da danışıb, ölkə sərvətlərinində hər bir vətəndaşın payının olduğunu və hər bir Azərbaycan vətəndaşının yüksək rifah içərsində yaşamaq haqqının, hüququnun olduğunu bildirib.

AXCP sədri sonda vətəndaşları dinləyib, onların problemləri ilə yaxından maraqlanıb, suallarını cavablandırıb.





Həftənin ən çox oxunanları