“Azərbaycanda 1600 məscid var ki, onların heç birində xanım imam və axund yoxdur. Buna da səbəb Azərbaycan İslam Universitetini bitirən tələbə xanımların imam və axundluq etmək statusundan məhrum olmasıdır”. Bu açıqlamanı Cebhe.info-ya Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, İslam Universitetinin rektoru, “Heydər” Məscid Kompleksi İdarəsinin rəhbəri Hacı Sabir Həsənli verib. Onun sözlərinə görə, hər il universitetə müraciət edən xanım abituriyentlərin sayı kişilərdən çox olur. Lakin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaratdığı əngəllər səbəbindən bu gün məscidlərdə qadın imam və axundlara rast gəlmək mümkün deyil: “Tarixən imamlar və axundlar kişilərdən olub. Azan vermək üçün minbərə də kişilər çıxıb. Ancaq indi məscidlərdə qadınların namaz qıldığı zallarda qadın imam yoxdur. Onlar kişi imamların və ya axundların əzanı ilə namaza gəlir, özləri qılıb çıxıb gedir. Məsələn, mənim rəhbərlik etdiyim Heydər Məscidində 3-cü mərtəbədə xanımların namaz qılması üçün gözəl şərait yaradılıb, xalça döşənmiş böyük salon var. Ancaq onlar imamsız namaz qılırlar. Yəni, kişilərin namaz qıldığı salondan fərqli olaraq, qadın salonunda namazı fakitiki olaraq idarə edən olmur. Biz bu problemi həll etmək üçün neçə illərdir Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə razılığa gələ bilmirik. Halbuki xanımların sayı kişilərdən çoxdur. Xanımlar da bu statusdan məhrum ediləndə yaranmış boşluğu vəhabilər, terrorçu qruplarla əlaqəsi olan digər qeyri-ənənəvi məzhəblərin nümayəndələri tutur”. Müşfiq
- Ana səhifə
- Siyasət
- Hacı Sabir Həsənlidən Məleykə Abbaszadəyə VƏHABİ İTTİHAMI
Hacı Sabir Həsənlidən Məleykə Abbaszadəyə VƏHABİ İTTİHAMI
Bu bölmədən digər xəbərlər
- Paşinyan üçün "Qordi düyünü”: Asi generalları necə uzaqlaşdıracaq? Tarix 27 Fevral, 17:19
- Paşinyan "dalana dirənir": "Varis planı” gündəmə gəlir? Tarix 25 Fevral, 17:17
- Azərbaycanlıların üzünə 32 il bağlı qalan post: Bu seçki nəyi dəyişəcək? Tarix 23 Fevral, 17:15
- Azərbaycanı geriyə çəkən məmurlar: Ölkə bu vəziyyətdən necə çıxacaq? Tarix 18 Fevral, 17:12
- Putin ordunu generallardan "təmizləyir”: Varis planına hazırlıq, yoxsa? Tarix 18 Fevral, 17:11
- Supergüclərin Qafqaz savaşı: Bir planın üç məqsədi və ya qarşıdurma Azərbaycana nə vəd edir? Tarix 16 Fevral, 16:50
- İran yenə qarışacaq: Ölkəni naməlum gələcək gözləyir Tarix 11 Fevral, 16:48
- Güney Azərbaycan dünyanın diqqət mərkəzinə gəlir: "Bu, İranın yaralı yeridir, istənilən vaxt...” Tarix 9 Fevral, 16:36
- Rusiyaya qarşı demarş: Növbədə Putinin sevimlisi "Vaqner” var? Tarix 6 Fevral, 16:35
- İran açıq hədəfə çıxır: "Hərbi əməliyyatlar qaçılmaz olacaq” Tarix 4 Fevral, 16:33
Seçilmiş xəbərlər
-
Peşə təhsilinin qadınlar və qızlar arasında populyarlaşdırılması və təbliğinə dair maarifləndirmə tədbirləri - FOTOLAR
-
"44 Günün Yaddaşı” layihəsinə yekun vuruldu
-
"44 Günün Yaddaşı” layihəsinə icra olunur
-
Türkiyənin tanınmış konfederasiya başqanı Azərbaycana gəlir
-
Qarabağın bərpasında iştirak etmək istəyən federasiyalar: Hakan Aktürkü başqan seçdi