Yuxarı

Əli Kərimli Elçibəyin qardaşına da dönük çıxdı

Əli Kərimli Elçibəyin qardaşına da dönük çıxdı

Azərbaycanın mərhum prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev (Almurad ağa) vəfat etdi. O, uzun müddət idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi. Mərhum vəfat etdiyi gün - oktyabrın 11-də dəfn edildi. Qeyd edək ki, Almurad ağa Milli Hərəkatın fəal iştirakçılarından biri olub. Hərəkatçıların dostu, himayədarlarndan biri kimi də tanınan Almurad Əliyev həmçinin müstəqillik və Elçibəyin Bütöv Azərbaycan ideologiyasının daşıyıcılarından biri idi.

Yerinə yetirilməyən borc

Mərhumun dəfn mərasimi kifayət qədər izdihamlı keçdi. Ölkənin müxalifət cameəsinin üzvləri və Almurad ağanın vaxtilə həyati təhlükələrdən qoruduğu bir çox şəxslər vəfa borcunu vermək,  onu  son mənzilə yola salmaq üçün orada idi. Lakin Almurad Əliyevə mənən borclu olan bir nəfər isə gözə dəymirdi: Əli Kərimli...

Gəlməməyi bir yana qalsın, Əli Kərimli heç özünün sosial şəbəkələrdəki səhifəsində də onun vəfatına bir cümlə belə həsr etmədi. Almurad ağanın öldüyü gün "Yurd” sədri Milli Şuranın "Məhsul” meydançasında təşkil etdiyi piket görüntülü mitinqinin "hakimiyyəti necə qorxuya saldığından” bəhs edən çox kiçik bir paylaşım etdi. Sanki vəfat edən Elçibəyin ölümündən sonra onu qəzəbli hərəkatçıların tənələrindən qoruyan Almurad ağa deyildi. Əslində bu tənələr haqlıydı. Çünki hərəkatçılar, Elçibəyin dostları hesab edirdi ki, Əli Kərimli xəyanət edib. Bunu Almurad ağa da bilirdi. Lakin o, Elçibəy ailəsinin üzvü, Bəyin qardaşı olaraq  alicənab və bağışlayan olmaq missiyası daşıyırdı. Əli Kərimli dəfələrlə Elçibəy ailəsinə, Almurad ağaya sığınmışdı. Özünə qarşı hədələyici bir barmaq görən kimi Almurad ağanın yanında gizlənirdi. Surət Hüseynovdan da qaçıb Almurad ağanın yanında gizlənmişdi. 

Kələkidə sığınacaq: Yoxsul prezident daxması

Elçibəyin yoxluğunda  müxalifət düşərgəsində özünə yer etdikdən, parlamentdə yerini rahatladıqdan sonra Almurad ağa Əli Kərimliyə lazım deyildi. Elə həmin dönəmdə və bundan əvvəl də Elçibəy əleyhinə başlayan "qara kampaniya”nın əsas iştirakçılarından birincisi Əli Kərimli idi. Şəxsi qazancları üçün lideri  Elçibəyi satan adamdan nə gözləmək olardı ki?! Elçibəy ailəsi ən ağır dönəmlərdən keçəndə belə, "Yurd” sədri bu ailəni yada salmadı. Elçibəy hakimiyyətdə olarkən ona qarşı olan siyasi baxışları daban-dabana zidd olan partiyaların sədrləri öz kabinetlərindən Elçibəyin portretlərini asdıqları halda, Əli Kərimli bunu özünə ayıb bildi. Halbuki vaxtilə Əli Kərimli müxtəlif  təhlükələr qarşısında qalanda Elçibəyin Kələkidəki yoxsul daxmasına daldalanmışdı. Lakin bu gün o, gəldiyi yeri unudur. Mahiyyəti xəyanətdən yoğrulan  Əli Kərimli üçün bu günə gəlib çıxdığı yol, geri çevrilib baxacağı keçmiş yoxdur. Belə tiplər həmişə əldə etdiklərini və həyatdakı varlıqlarını özlərinin "əzminə” bağlamağa vərdiş edirlər.

Mənsur





Həftənin ən çox oxunanları