Yuxarı

Əbədi müxalifətin mitinq oyunu - Kimin"əlinə işləyir”?

Əbədi müxalifətin mitinq oyunu - Kimin

"Yurd” sədri Əli Kərimlinin təklifi və təkidi ilə Milli Şuranın təşkil etdiyi mitinqlər ənənəvi müxalifətin çoxsaylı qüsurlarını üzə çıxardı. Mitinqlərin zəif təşkili  təkilat daxilində nöqsanları qabarıq göstərməklə yanaşı, xalqın ənənəvi müxalifətə olan münasibətini bir daha ortaya qoymuş oldu. Bir-birinin ardınca keçirilən mitinqlərdə iştirakçı sayının azdan çoxa doğru deyil, çoxdan aza doğru dəyişməsi xalqın özünü "müxalifət” adlandıran bu kəsimə münasibətini sərgilədi. Eyni zamanda bir qrup mənfəətpərəst siyasətçinin şəxsi maraqlarına xidmət edən  mitinq oyununun xalqa və müxalifətə yox, əslində elə hökumətə hesablandığını söyləməyə tam əsas yaratdı. 

Xeyli müddətdir ənənəvi müxalifətin tutduğu "mübarizə” yolu xalqın inamını, etibarını zədələyib. "Yurd”un, Milli Şuranın XALQSIZ mitinqləri yalnız hökuətin xeyrinədir. Bu cür "dişsiz” mitinqlər hökumətin təbliğatına yaramaqla yanaşı, onun əlini gücləndirir.İştirakçısız  mitinqləri dünyaya göstərib "Müxalifətin gücü budur, xalq bu düşərgəni dəstəkləmir” düşüncəsi yaratmaq xeyli asandır. Əslində ənənəvi müxalifətin də, bu mitinq oyunlarına imkan verən hökumətin də məqsədi eynidir.Burda hakimiyyətin əlinə işləyən ancaq ənənəvi müxalifətin etiraz adı altında bir neçə yüz nəfərlik toplantısıdır.

Ənənəvi müxalifət azsaylı iştirakçı ilə mitinq adı altında aksiya keçirir və hakimiyyət bundan istifadə edir.Sonucda mitinqin təşkilatçıları və hakimiyyət qazanır, xalqın müxalifətə etimadının itirilməsi yolunda birgə mübarizə bəhrəsini verir.Xalq "ənənəvi müxalifət”in mitinq adlandırılan oyunları ilə nəyinsə dəyişəcəyinə olan inamını itirir, Əli Kərimli və yaxın çevrəsinin hakimiyyətin mövqeyini gücləndirməyə xidmət edən mitinqlərinin xalqa heş bir faydasının olmaması barədə fikir yaranır.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə şərhində ənənəvi müxalifətin bu fəaliyyətinin xalqa lazım olmadığını deyib:

"Azərbaycanda mitinqlərin olması üçün sosial sifariş yoxdur. Vətəndaşlarımız ənənəvi müxalifətin uzun illər apardığı siyasətdən yorulub.Baxsaq, görərik ki, indiki mitinq şouların da hamısının başında ənənəvi müxalifət dayanır.Eyni şüar, eyni taktika, eyni sima və eyni nəticə. İcazəli mitinqlərə çox az sayda insan qatılır, sosial şəbəkələrdə bütün təbliğata baxmayaraq, sayı artırmaq mümkün olmur. Həmin mitinqlər bir növ icazəli piket deməkdir, çünki həm təşkilatı, həm də iştirakçılıq baxımından ancaq piketlə müqayisə edilə bilər.Ənənəvi müxalifətin seçkiöncəsi fəaliyyəti yenidən xalqın siyasi proseslərdə iştirakını əngəlləyəcək və inamsızlığına səbəb olacaq.Seçkiqabağı  mitinqlər böyük coşqu ilə keçirilməlidir. Dünya ölkələrində də belədir.Azərbaycanda isə özünü əbədi müxalifət elan edənlər xalqın etibarından sui-istifadə etdikləri bütün bu illər ərzində onun inamını qirmağa müvəffəq olublar.Xalq ölkədə sosial-iqtisadi vəziyyətdən narahatdır, ciddi problemlər var. Amma problemləri belə azsaylı mitinqlərlə həll etmək çətin ki, mümkün olsun.Hesab edirəm ki, ənənəvi müxalifətin "lider” adlandırılan şəxsləri siyasətdən də, meydandan da getməlidir.Hazırda AXCP sədri Razi Nurullayevin seçki və digər siyasi məsələlərlə bağlı tutduğu mövqe, təklif etdiyi yol xalqın yeni siyasi dəyişikliklərə hazır olmasına əsaslanır.Məhz AXCP-nin yeni dəyişikliklər siyasəti ölkədə xalqın inamını formalaşdıra biləcək siyasəti özündə ehtiva edir.Ölkədə yenilənmiş siyasi müxalifət bütün siyasi çevrələri bir arada birləşdirməlidir. AXCP daima birlik modelini  ortaya qoyur. Təəssüf ki, ənənəvi siyasilər, onların təsirində olan, yalnız blogger kimi fəaliyyət göstərən bəzi partiya sədrləri birlik formatını deyil, dağıdıcı missiyanı seçir və həyata keçirirlər”.

Vilayət Muxtar







Həftənin ən çox oxunanları