Yuxarı

"Məryəm Həsənova da qurucu atalarımız kimi ürəyimizdə yer tutacaq”

"İstiqlalçı deputat Məryəm Həsənovanın vəfat etməsi üzücü xəbər oldu. Bütün istiqlalsevərlərə, demokratik camiəyə, yaxınlarına başsağlığı verirəm”.

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev deyib. 

"1990-1995-ci illərdə Azəbaycan parlamentinin üzvü olmuş, 1991-ci ilin 18 oktyabrında Müstəqillik haqqında Konstitusiya Aktına səs vermiş, "Müstəqil Azərbaycan” deputat blokunun 43 üzvündən biri olan Məryəm Həsənova yataqxanada dünyasını dəyişib. Əfsuslar olsun ki, istiqlalçı deputatlarımız bir-bir aramızdan gedir, sağlıqlarında layiq olduqları mükafatı və diqqəti də görmürlər. Bizim buna gücümüz yoxdur, qurduğumuz dövlətin də idarəçilərinin onlara münasibəti yaxşı deyil. Nə etmək olar... Məkanı cənnət olsun Məryəm Həsənovanın. Ürəyimizdə yaşayacaq və xalq onu heç zaman unutmayacaq. Zaman keçdikcə ürəklərdə daha dərin yer tutacaq. Qurucu atalarımız kimi...”,- deyə AXCP sədri vurğulayıb.

Cebhe.info





Həftənin ən çox oxunanları