Yuxarı

AXCP sədrindən xalqa bayram təbriki

AXCP sədrindən xalqa bayram təbriki

"Əziz həmvətənlər!

Qurban bayramınız mübarək! Kəsdiyiniz qurbanların uca Allahın dərgahında qəbul edilməsini arzu edirəm. Bu bayram həm də hər imkanlı kəsin mərhəmət göstərmək şansıdır ki, Allahın dərgahında hesabat verə bilsin. Ölkəmizdə on minlərlə imkansız ailələr var ki, bəlkə də aylarla ət üzünə həsrət qalır. Elə ailələr var ki, dərman almağa imkanı yoxdur".

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev Qurban bayramı münasibətilə xalqa təbrikində deyib.

"Bu əziz gün həm də hesabat vermək zamanıdır. Kasıblara əl tutun, onlarla paylaşın və yardımsevər olun. Bu əziz gündə hər bir ailənin üzü gülsün və qazanı qaynasın.

Bizim ölkəmiz varlıdır, pulludur və əslində gərək heç kasıb olmasın. Əfsuslar ki, arzu etdiyimiz ölkəni qura bilməmişik və hələ də sosial ədalət ciddi pozulur, kasıblar və varlılar arasında kəskin üçurum, qanunsuz yollarla varlananlar var, xalqdan oğurlayanlar var.

Optimist olun, inanın ki, arzu etdiyimiz Azərbaycanı quracağıq, sosial dövlət yaradacaq və qanunları şah edəcəyik. Məmur, vəzifəli şəxs xalqdan oğurlayan yox, ona xidmət edən olacaq. Qanunsuz əməl sahibləri isə gec-tez ədalət məhkəməsi qarşısında hesabat verəcəklər. Verə biləcəklərmi?",- deyə partiya sədri təbrikində vurğulayıb.

Bayramınız mübarək!

Cebhe.info







Həftənin ən çox oxunanları